Bakıda beş Xəzəryanı ölkənin xarici işlər nazirlərinin müavinləri səviyyəsində Xəzər dənizinin statusunun müəyyənləşdirilməsi üzrə işçi qrupunun 33-cü iclası işə başlamışdır

 

 

Sentyabrın 11-də Bakıda beş Xəzəryanı ölkənin - Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanın xarici işlər nazirlərinin müavinləri səviyyəsində  Xəzər dənizinin statusunun müəyyənləşdirilməsi üzrə işçi qrupunun 33-cü iclası işə başlamışdır.

AzərTAc xəbər verir ki, Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov çıxışında Xəzər dənizində dövlətlərarası əməkdaşlığın Xəzəryanı ölkələrin iştirakı və dəstəyi ilə  mümkünlüyünü bildirmişdir. Qeyd etmişdir ki, belə əməkdaşlığın  nəticələri bütün Xəzəryanı ölkələrin maraqlarına uyğun gəlməlidir.  O, Xəzərin  hüquqi statusunun razılaşdırılmasında irəliləyişin əldə olunmasına kömək edə biləcək ikitərəfli və çoxtərəfli  məsləhətləşmələrin də əhəmiyyətini vurğulamışdır. X.Xələfov qeyd etmişdir ki, bunun üçün Xəzərə dair bütün məsələlər Xəzəryanı ölkələrin nümayəndələri arasında əməkdaşlıq və dialoq yolu ilə həll edilməlidir.

Nazir müavini vurğulamışdır ki, Xəzərdə təhlükəsizliyin təmin edilməsi, habelə onun resurslarından istifadə olunması məsələləri  statusun qəti şəkildə müəyyən olunması üçün prioritet əhəmiyyət daşıyır. Biz Xəzər dənizinin bioloji resurslarının mühafizə və istifadə olunmasına dair sazişin hazırlanması və qəbul edilməsi prosesini  başa çatdırmalıyıq.

Xələf Xələfov belə bir məsələni də vurğulamışdır ki, ekoloji sahədə  Xəzəryanı ölkələrin səylərini əlaqələndirən  katibliyin fəaliyyəti beş Xəzəryanı ölkə arasında uğurlu dialoq nümunəsidir.

İclas qapalı keçirilir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında