ABŞ-ın Oklahoma ştatının Azərbaycan Respublikası ilə tərəfdaşlığına dair bəyanat yayılmışdır

 

ABŞ-ın Dövlət Tərəfdaşlıq Proqramı çərçivəsində Oklahoma Milli Qvardiyası 2003-cü ildən Azərbaycanın tərəfdaşıdır və bu münasibətlərin 10-cu ildönümü ilə əlaqədar Oklahoma ştatının qubernatoru Meri Folin (Mary Fallin), ştat senatının prezidenti Brayan Binqman (Brian Bingman) və senatın üzvü Tom Ayvester (Tom Ivester) birgə təntənəli bəyanat imzalamışlar.

Bəyanatda Azərbaycanın mühüm coğrafi məkanda yerləşdiyi, müsəlman dünyasında ilk parlament respublikası qurduğu, hələ 1918-ci ildə qadınların seçki hüququnu tanıdığı və müasir Azərbaycanın ABŞ ilə 20 ildən artıq diplomatik münasibətlərə malik olduğu barədə məlumat verilir. Həmçinin, sənəddə Heydər Əliyevin 1997-ci ildə ABŞ-a tarixi səfərinə istinad edilir və ötən iki onillik ərzində Azərbaycanın öz suverenliyini və siyasi müstəqilliyini möhkəmləndirərək, regional və qlobal məsələlərdə ABŞ-ın mühüm strateji tərəfdaşına çevrildiyi açıqlanır.

 Bəyanat müəllifləri Dövlət Tərəfdaşlıq Proqramı çərçivəsində Oklahoma Milli Qvardiyasının Azərbaycan Silahlı Qüvvələri ilə məhsuldar və çoxşaxəli əməkdaşlığını təqdir edir və 10 il ərzində 190-dan artıq mübadilə layihəsinin gerçəkləşdirildiyini xatırladırlar.

Sənəddə Azərbaycanın hazırda Əfqanıstanda, daha əvvəl isə İraq və Balkanlarda beynəlxalq əməliyyatlara dəstək verdiyi vurğulanır, ölkəmizin qlobal enerji təhlükəsizliyinə verdiyi töhfə və bu sahədə ABŞ-ın Azərbaycana dəstəyi xüsusi qeyd edilir. Azərbaycanda hökm sürən dini və etnik tolerantlığı təqdir edən Oklahoma rəsmiləri təmsil etdikləri ştatın ABŞ və Azərbaycan arasında strateji tərəfdaşlığının inkişafına yardımçı olduğunu diqqətə çatdırır və ABŞ administrasiyasını ölkəmizlə müxtəlif sahələrdə ikitərəfli münasibətləri möhkəmləndirməyə çağırırlar.

Xatırladaq ki, Oklahoma Milli Qvardiyasının komandanı general-mayor Maylz Dirinq bu ilin avqustunda Azərbaycanda rəsmi səfərdə olmuş, rəhbərlik etdiyi qvardiya, habelə Oklahoma ştatı ilə Azərbaycan arasında əməkdaşlıq imkanlarını müzakirə etmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında