Tacikistanın milli bayramı şərəfinə rəsmi qəbul təşkil olunmuşdur

 

 

 

Sentyabrın 11-də Tacikistanın Azərbaycandakı səfirliyi bu ölkənin milli bayramı - dövlət müstəqilliyi münasibətilə rəsmi qəbul təşkil etmişdir.

AzərTAc xəbər verir ki, hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra qonaqları salamlayan səfir Zohir Saidov Tacikistanın müstəqillik dövründə keçdiyi inkişaf yolundan danışmış, müstəqilliyin ən böyük nailiyyəti olan sülhün, suverenliyin və milli birliyin təmin edilməsində tacik xalqının müdrikliyinin və Prezident Emoməli Rəhmonun rolunu yüksək qiymətləndirmişdir.

Azərbaycan ilə Tacikistan arasında əlaqələrin yüksək səviyyədə olduğunu, bu əlaqələrin qurulmasında ümummilli lider Heydər Əliyevin rolunu xüsusi vurğulayan tacik diplomat münasibətlərin inkişafının və mənəvi dəyərlərin daim qorunmasının məhz iki ölkə Prezidentləri Emoməli Rəhmonun və İlham Əliyevin xidmətləri sayəsində mümkün olduğunu qeyd etmişdir.

Zohir Saidov əminliklə bildirmişdir ki, iki qardaş xalqın uzun müddətli və fundamental maraqlarına uyğun olan tərəfdaşlığın hərtərəfli möhkəmləndirilməsi istiqamətində səylər gələcəkdə də davam edəcəkdir.

Daha sonra tədbirdə çıxış edən Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev Prezident İlham Əliyevin adından mərasim iştirakçılarını təbrik etmiş, Tacikistan xalqına sülh və əmin-amanlıq arzulamışdır. Nazir ölkələrimiz arasında siyasi, iqtisadi və mədəni əlaqələrin uğurla inkişaf etdiyini, münasibətlərimizin qarşılıqlı hörmət və etimad prinsiplərinə əsaslandığını diqqətə çatdıraraq demişdir: Beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq həyata keçirilir. Bu uğurlu əməkdaşlığın əsasında Azərbaycan Prezidenti İlham Əliyev ilə Tacikistan Prezidenti Emoməli Rəhmonun şəxsi dostluq münasibətləri, eləcə də ölkələrimizin rəsmi nümayəndələrinin mütəmadi qarşılıqlı səfərləri dayanır. Həyata keçirilən səfərlər çərçivəsində aparılmış danışıqlar və imzalanmış sazişlər ölkələrimiz arasında siyasi və iqtisadi əlaqələrin inkişafına mühüm töhfə verir.

Qeyd olunmuşdur ki, bu gün iki ölkə arasında iqtisadi sahədə möhkəm müqavilə-hüquq bazası mövcuddur və indiyədək 40-a yaxın sənəd imzalanmışdır. Bu, eyni zamanda iqtisadi-ticarət əlaqələrinin uğurlu inkişafına yol açır. Təsadüfi deyil ki, 2012-ci ildə Azərbaycan və Tacikistan arasında ticarət dövriyyəsi 2,8 dəfə artmışdır.

Qəbulda dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirləri, ictimaiyyətin nümayəndələri iştirak etmişlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında