Avropalı parlamentari: “Ermənistan işğala son qoymalıdır”

 

Beynəlxalq ictimaiyyətin BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair 1993-cü ildə qəbul etdiyi qətnamələr vasitəsilə məsələyə münasibəti tam aydın ifadə olunmuşdur. Ermənistan işğala son qoymalı və əlbəttə ki, bunu qeyd-şərtsiz etməlidir. Bu mövqe beynəlxalq hüquqa uğyun olaraq tam dəstəyə layiqdir.

“Trend”in məlumatına görə, belə bir bəyanatla Avropa Parlamentinin üzvü, Regional inkişaf və Petisiya komitələrinin üzvü Viktor Bostinaru Avropa Azərbaycan Cəmyyətinin (AAC) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair sorğusunu cavablandırarkən çıxış etmişdir.

V.Bostinarunun bəyanatında deyilir: “Azərbaycan əhalisi 9 milyon olan bir ölkədir ki, bu əhalinin də bir milyonu məcburi köçkündür. Eləcə də ölkə ərazisinin beşdə biri işğal olunmuşdur. Bu rəqəmlər həyəcan təbili çalmaq üçün yetərlidir və geniş ictimaiyyətin bundan xəbəri yoxdur. Bu böyük yükün aradan qaldırılmasının həlli yolu yalnız Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi ilə mümkündür.

Azərbaycan Avropa üçün yalnız enerji məsələlərində mühüm tərəfdaş deyil. Biz təhlükəsizlik siyasəti üzrə, terrorizmlə mübarizə kimi sahələrdə də yaxından əməkdaşlıq edirik. Mədəniyyət və təhsil sahəsində də əlaqələrimiz getdikcə möhkəmlənir. Bu baxımdan da Azərbaycanın öz legitim hüquqlarını əldə etmək haqqı tanınmalıdır”.

O qeyd etmişdir ki, sülh danışıqlarında durğunluq, əslində, böyük problemdir. Dağlıq Qarabağ və digər işğal altındakı ərazilər üzərində münaqişə 20 ildir ki, öz həllini tapmamışdır:

“Eləcə də Cənubi Qafqaz Avropa üçün həm siyasi, həm də iqtisadi baxımdan mühüm qonşu regiondur. 2008-ci ildə Gürcüstanla Rusiya arasındakı münaqişə təhlükəsizlik şəraitinin necə sürətlə dəyişə biləcəyini göstərdi. Odur ki, sülh danışıqlarının faydalı nəticələrlə başa çatması Avropanın çox marağında olan məsələdir”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında