Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir

 

Sentyabrın 9-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilmişdir.

Mərkəzi Seçki Komissiyası Katibliyinin media və ictimai əlaqələr şöbəsindən AzərTAc-a bildirmişlər ki, əvvəlcə MSK-nın 3 sentyabr 2013-cü il tarixli iclasının protokolu təsdiq edilmişdir.

Sonra Zahid Məhərrəm oğlu Orucun prezidentliyə öz təşəbbüsü ilə irəli sürülmüş namizədliyinin qeydə alınması barədə məsələyə baxılmışdır. Qeyd olunmuşdur ki, seçkilərdə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Zahid Məhərrəm oğlu Orucun namizədliyi Mərkəzi Seçki Komissiyasının 17 avqust 2013-cü il tarixli qərarı ilə təsdiq edilmişdir. Namizədin müdafiəsi üçün  toplanmış  seçici  imzaları  olan  imza  vərəqələri  və  onlara əlavə  edilməli  olan  sənədlər  2013-cü  il  sentyabrın  3-də  namizədin  səlahiyyətli  nümayəndəsi tərəfindən  namizədin  qeydə  alınması  üçün MSK-ya təqdim edilmişdir. Qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparılmış, namizədin qeydə alınması üçün əsasların olması müəyyən edilmişdir.

Sonra MSK-nın nəzdindəki işçi qrupunun rəhbəri İlham Məmmədov təqdim olunmuş imza vərəqələrinin və digər sənədlərin yoxlanılmasının nəticələri barədə məlumat vermişdir. 

Mərkəzi Seçki Komissiyası Zahid  Orucun  2013-cü  il oktyabrın 9-na təyin edilmiş prezident seçkilərində namizəd kimi qeydə alınması barədə qərar qəbul etmişdir.

Mərkəzi Seçki Komissiyası Zahid Oruc tərəfindən təqdim edilmiş 6 nəfəri onun səlahiyyətli nümayəndəsi kimi qeydə almışdır.

İclasda cari məsələlərə də baxılmışdır.

MSK-nın iclasında beynəlxalq qurumların təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında