Mübariz QURBANLI: Ermənistanın Gömrük İttifaqına daxil olması müstəqil siyasət yürütməməsinin nəticəsidir

 

 

Ermənistanın Gömrük İttifaqına daxil olması təbii ki, Ermənistanın müstəqil siyasət yürütməməsinin nəticəsidir.

Bu barədə Trend-ə Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı açıqlama vermişdir.

Millət vəkili vurğulamışdır ki, Ermənistan forpostdur və onun daxili və xarici siyasəti üçüncü ölkənin tam nəzarətindədir. Belə bir hadisənin olması Ermənistanın Avropa İttifaqı ilə assosiativ üzvlüyünə gedən yolu bağlayır və bundan da ən böyük ziyanı Ermənistan özü çəkəcək: “Çünki Ermənistan iqtisadiyyatı çökür və belə bir şəraitdə Avropa İttifaqı ilə onun əməkdaşlığı dayanacaq”.

Millət vəkili hesab edir ki, Ermənistanın Gömrük İttifaqının üzvü olması artıq onun Avropanın bir sıra proqramlarından kənarda qalmasına və Avropadan alacağı yardımların kəsilməsinə səbəb olacaq.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında