Abdullah GÜL: Enerji layihələri sayəsində Xəzər regionu dünyada strateji əhəmiyyət kəsb edəcək

 

Türkiyə, Azərbaycan və Gürcüstanın birgə həyata keçirdiyi nəqliyyat və enerji layihələri sayəsində Xəzər regionu dünyada strateji əhəmiyyət kəsb edəcək. “Trend”in “TRT Haber” telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Abdullah Gül İstanbulda keçirilən nəqliyyat və rabitə üzrə beynəlxalq forumda çıxışı zamanı demişdir.

Prezidentin sözlərinə görə, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi Pekindən Londonadək vahid nəqliyyat dəhlizinin yaradılmasına imkan verəcək. “Bakı-Tbilisi-Qars” dünyada ticarət balansını dəyişdirməyə hesablanmış “İpək yolu” layihəsinin zənciridir: “Biz Azərbaycan və Gürcüstandan olan həmkarlarımızla birlikdə bu dəmir yolunun tikintisini başa çatdrımaq üçün hər cür səy göstəririk”.

A.Gül qeyd etmişdir ki, “Bakı-Tbilisi-Qars” layihəsi gələn il istismara veriləcək.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında