Vayra Vike FREYBERQA: “Azərbaycan həmişə Latviyanın etibarlı dostu olmuşdur”

 

 

“Sülh yolu ilə həll üsulu dünyanın

bir çox yerində istifadə olunmuşdur və Dağlıq Qarabağ münaqişəsində də tətbiq edilə bilər”

“Azərbaycan həmişə Latviyanın etibarlı dostu olmuşdur. Latviya və Azərbaycanın rəsmi şəxsləri, iş adamları mütəmadi qarşılıqlı səfərlər həyata keçirir”. APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Latviyanın keçmiş prezidenti Vayra Vike Freyberqa vermişdir.

Sabiq prezident əlavə etmişdir ki, iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin inkişafı üçün gözəl perspektivlər var: “Bizim birgə tariximiz var və bu, bir-birimizi anlamağa kömək edir”.

Regionda mövcud olan münaqişələrdən və onların həlli barədə danışan Latviyanın eks-prezidenti bildirmişdir ki, Dağlıq Qarabağ münaqişəsi bugünkü görüşün əsas mövzularındandır: “Nizami Gəncəvi Mərkəzinin fəaliyyətinin  əsas istiqaməti tolerantlıq və birgə mövcudluq ideyalarının təbliğidir. Münaqişələr cəmiyyətlər üçün böyük əziyyətdir. Qaçqınlar illərlə öz doğma yurdlarına qayıda bilmirlər, lakin ümid həmişə var. Latviyada çoxları deyirdi ki, ölkənin müstəqilliyini bərpa etmək şansı yoxdur, amma bu, baş verdi. SSRİ dağıldı, çox şey dəyişdi, əvvəllər sərhəd olmayan yerdə sərhədlər yarandı. Dağlıq Qarabağ münaqişəsini o zaman həll etmək mümkün olacaq ki, xalqlar bu münaqişədən daha çox itirdiklərini anlayacaqlar. Münaqişənin həlli yolu var və bu konflikt sülh yolu ilə çözülməlidir. Bu üsul dünyanın bir çox yerlərində istifadə olunmuşdur və burada da tətbiq oluna bilər”.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında