Avropa Parlamentində Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə etmək barədə qərar qəbul olunmuşdur

 

Sentyabrın 5-də Avropa Parlamentinin

Prezidentlər Konfransının iclası keçirilmişdir.

İclasda 2013-cü ilin ikinci yarısında Avropa Parlamentinin seçkiləri müşahidə missiyalarının göndəriləcəyi prioritet ölkələrin siyahısı təsdiq edilmişdir.

Avronest Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov AzərTAc-a bildirmişdir ki, müzakirələr zamanı  Azərbaycanın 5-ci ölkə olaraq 2013-cü ilin ikinci yarısında Avropa Parlamentinin seçkiləri müşahidə missiyalarının göndəriləcəyi prioritet ölkələr siyahısına salınması barədə qərar qəbul edilmişdir. Nümayəndə heyətinin rəhbəri demişdir ki, Prezidentlər Konfransının bu qərarı Avropa Parlamentinin Cənubi Qafqaz ölkələri ilə bağlı balanslaşdırılmış siyasət yürütmək istəyindən irəli gəlir.

Xatırladaq ki, hələ may ayında Azərbaycan hökuməti Avropa Parlamentinə oktyabr ayında ölkədə keçiriləcək prezident seçkilərini  müşahidə etmək məqsədi ilə dəvət göndərmişdi.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında