Mərkəzi Seçki Komissiyasının növbəti iclası Sentyabrın 3-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilmişdir. Mərkəzi Seçki Komissiyası Katibliyinin media və ictimai əlaqələr şöbəsindən AzərTAc-a bildirmişlər

Mərkəzi Seçki Komissiyasının növbəti iclası

Sentyabrın 3-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilmişdir.

Mərkəzi Seçki Komissiyası Katibliyinin media və ictimai əlaqələr şöbəsindən AzərTAc-a bildirmişlər ki, əvvəlcə MSK-nın 31 avqust 2013-cü il tarixli iclasının protokolu təsdiq edilmişdir.

İclasda 2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədliyi  Ümid Partiyası tərəfindən irəli sürülmüş İqbal Fehruz oğlu Ağa-zadənin namizədliyinin qeydə alınmasına dair məsələyə baxılmışdır. Qeyd olunmuşdur ki, namizədin müdafiəsi üçün toplanmış seçici imzaları  olan imza vərəqələri və onlara əlavə edilməli olan sənədlər avqustun  27-də partiyanın səlahiyyətli nümayəndəsi tərəfindən namizədin  qeydə alınması üçün Mərkəzi Seçki Komissiyasına təqdim edilmişdir. MSK qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada araşdırma aparmış, namizədin qeydə alınması üçün əsasların olmasını müəyyən etmişdir.

Sonra MSK-nın nəzdindəki işçi qrupunun rəhbəri İlham Məmmədov Ümid Partiyası tərəfindən təqdim olunmuş imza vərəqələrinin və digər sənədlərin yoxlanılmasının nəticələri barədə məlumat vermişdir. 

Mərkəzi Seçki Komissiyası qərara almışdır ki, Ümid Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İqbal Fehruz oğlu Ağa-zadə 2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizəd kimi qeydə alınsın.

İclasda seçki bülletenlərinin mətni və forması təsdiq edilərək qərara alınmışdır ki, ölkə üzrə qeydə alınmış seçicilərin ümumi sayından 3 faiz artıq olmamaqla, cəmi 5 149 255 ədəd  seçki bülleteni Milli Məclis Aparatının mətbəəsində Mərkəzi Seçki Komissiyasının təmsilçiliyə uyğun 3 üzvünün müşahidəsi altında mətbəə üsulu ilə hazırlansın.

Mərkəzi Seçki Komissiyası 30 saylı Suraxanı birinci seçki dairəsi dairə seçki komissiyasının tərkibində dəyişiklik etmişdir.

İclasda cari məsələlərə də baxılmışdır.

MSK-nın iclasında beynəlxalq qurumların təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər. 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında