MDB Parlament Assambleyası müşahidə qrupunun üzvü Andrey BARANOV: Müşahidələrimiz göstərir ki, Azərbaycan prezident seçkilərinə tam hazırdır

 

Azərbaycanda qarşıdan gələn prezident seçkilərinin uzunmüddətli monitorinqini həyata keçirən MDB PA-nın (MDB PA) ekspert qrupunun üzvləri sentyabrın 2-də Şəmkirdə olmuşlar.

AzərTAc xəbər verir ki, rayon icra hakimiyyətinin başçısı Nazim Veysov qonaqları səmimiyyətlə qarşılayaraq onlara Şəmkir və onun işgüzar, qanunlara hörmətlə yanaşan insanları haqqında ətraflı məlumat vermişdir. Qarşıdan gələn prezident seçkilərinə hazırlıqla bağlı dövlət orqanlarının üzərinə düşən vəzifələrdən danışan N.Veysov seçkilərin şəffaf, demokratik və qanunun tələblərinə uyğun keçirilməsi üçün görülən işləri müşahidə qrupu üzvlərinin diqqətinə çatdırmışdır.

MDB Parlament Assambleyasının müşahidə qrupunun üzvləri görüşdən məmnun qaldıqlarını bildirmiş və seçkilərə hazırlığın vəziyyəti ilə daha yaxından tanış olmaq üçün 98 saylı Şəmkir şəhər dairə seçki komissiyasına gəlmişlər. Komissiyanın sədri Nurəddin Əliyev seçkilərə hazırlığın vəziyyəti ilə bağlı ekspert qrupunun üzlərinə ətraflı məlumat vermiş, onların suallarına aydınlıq gətirmişdir. Dairə seçki komissiyasında görülən işləri diqqətlə nəzərdən keçirən ekspert komissiyasının üzvləri sonra həmin dairənin 1 saylı seçki məntəqəsinə baş çəkmişlər. Məntəqədə Azərbaycan Respublikasının Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq görülən və görülməsi nəzərdə tutulan işlərlə yaxından tanış olan müşahidəçilər razılıqlarını ifadə etmişlər. MDB PA-nın müşahidə qrupunun üzvü Andrey Baranov jurnalistlərə müsahibəsində demişdir: Şəmkirin timsalında gördük ki, Azərbaycan seçkilərə tam hazırdır və ölkədə bu prosesə ciddi yanaşılır.

Müşahidəçilər daha sonra Şəmkirdə əsaslı şəkildə təmir və bərpa edilmiş Alman kilsəsinə baxmış, istehsal etdiyi şərab məhsulları ilə şöhrət qazanmış “Şərq ulduzu” müəssisəsində olmuşlar.

Azərbaycanda keçiriləcək prezident seçkilərinin uzunmüddətli monitorinqini həyata keçirən müşahidə missiyasının üzvləri sentyabrın 3-də müşahidələrini Samux rayonunda davam etdirəcəklər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında