Türkiyə: Suriyada mümkün hərbi əməliyyatlar Əsəd rejiminin devrilməsinə yönəldilməyəcək

Suriyada mümkün hərbi əməliyyatların məqsədi Bəşər Əsəd rejiminin devrilməsinə deyil, yalnız onun hərbi qüdrətinin zəiflədilməsinə yönəldiləcək. “Trend”in Türkiyənin “Zaman” qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın nazirlərlə Suriya məsələsinə həsr olunan görüşündə bildirilmişdir.

Nəşrin məlumatına görə, görüşdə xarici işlər, daxili işlər, müdafiə və digər nazirləri iştirak etmişlər.

Təcili görüşdə Türkiyənin Suriyaya qarşı birbaşa hava hücumlarında iştirak etməyəcəyinə və yalnız digər ölkələrə bu hava hücumunu reallaşdırmaqda kömək edəcəyinə dair razılığa gəlinmişdir.

Bundan əlavə, Ərdoğan Suriya ilə sərhəd əyalətlərdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və ora əlavə hərbi texnika və insan resurslarının göndərilməsini tapşırmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında