Almaniya Parlamentinin üzvü: Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir

Xocalı hava limanının yenidən açılması qərarı sülh prosesinə mane olur və birmənalı olaraq münaqişənin kütləvi şəkildə kəskinləşməsinə gətirib çıxara bilər. Trend-in məlumatına görə, bunu Almaniya Parlamentinin Hüquq Komitəsinin üzvü, CDU/CSU fraksiyası Gənclər qrupunun sədri, CDU/CSU fraksiyasından olan deputat Marko Vandervitz Avropa Azərbaycan Cəmiyyətinin (AAC) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair sorğusuna cavabında bildirmişdir.

M. Vandervitz demişdir: “Hava limanının açılması barədəki müzakirələr bu iki ölkə arasında vəziyyətin yenidən necə sürətlə gərginləşə biləcəyini göstərir. İyirmi ildən sonra BMT və ATƏT-in müvafiq qurumları vasitəsilə biz əvvəl-axır bu münaqişənin həllinə nail olmalıyıq”.

Parlament üzvü bildirmişdir ki, Almaniyanın xarici siyasəti hər zaman beynəlxalq hüquqa əsaslanmışdır: “Odur ki, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri, əlbəttə ki, Dağlıq Qarabağ məsələsində bizim fəaliyyətimiz üçün rəhbər prinsiplərdir”.

Vandervitz qeyd etmişdir ki, ölkənin ərazi bütövlüyü məsələsi ümdə məsələdir: “Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz bir hissəsidir. Ermənistan silahlı qüvvələri ərazidən çıxsa və Azərbaycan öz ərazi bütövlüyünü bərpa etsə, məcburi köçkünlər də öz torpaqlarına qayıda bilərlər. Məcburi köçkünlər məsələsi münaqişənin sülh yolu ilə həllində mərkəzi nöqtədir. Almaniya və Azərbaycan siyasi, iqtisadi və mədəni əməkdaşlıq kimi müxtəlif sahələrdə uzun illərdən bəri tərəfdaşlıq qurmağa müvəffəq olmuşdur. Eyni sözü Avropa Qonşuluq Siyasəti müstəvisində Azərbaycanla əlaqələrini formalaşdıran Avropa İttifaqı haqqında da demək olar. Bu yaxşı münasibətlər ölkənin Cənubi Qafqazda xüsusi mövqeyindən xəbər verir”.

Vandervitz vurğulamışdır ki, təkcə Azərbaycanla tərəfdaşlıq münasibətlərinə əsaslanaraq, Almaniya münaqişə iştirakçısı olan tərəflərin ən qısa zamanda danışıqlara başlamasında maraqlıdır.

Parlament üzvü qeyd etmişdir ki, o vaxta kimi də münaqişənin sülh yolu ilə həllinə əngəl törədəcək heç bir addım atılmamalıdır.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında