Pan Gi Mun: BMT Təhlükəsizlik Şurası Suriyadakı vəziyyətə dərhal müdaxilə etməlidir

“BMT Təhlükəsizlik Şurası Suriyadakı vəziyyətə dərhal müdaxilə etməli, bu məsələdə vahid mövqe nümayiş etdirməlidir”. APA-nın  məlumatına görə, bu fikirləri “Rossiya 24” kanalına müsahibəsində BMT baş katibi Pan Gi Mun demişdir.

“BMT Təhlükəsizlik Şurası vəziyyətə müdaxilə etməlidir, çünki bu gün Suriya - bütün dünyada təhlükəsizliyə dair ən güclü sınaqdır. Təhlükəsizlik Şurası sülhə nail olmaq üçün dərhal reaksiya verməlidir, əks təqdirdə, itirilmiş bir nəsil əldə edəcəyik, bu, analar, uşaqlar, gənclər və ümumiyyətlə, itirilmiş nəsil olacaq. Bizim ümumi insani dəyərlərimiz baş verənlərə cəld reaksiya göstərməyə vadar edir və biz Suriyada baş verən faciələrə dərhal reaksiya verməliyik. Suriyada vəziyyət böhran həddinə çatıb, münaqişə tərəflərinin kimyəvi silahdan istifadə etməsi geniş miqyaslı cinayətdir”.

Pan Gi Mun Haaqada keçirilən konfransda bildirmişdir ki, istənilən şərtlər daxilində kimyəvi silahdan istifadə bütün beynəlxalq hüquq normalarının pozulması və irimiqyaslı cinayətdir.

Ötən həftə Dəməşq yaxınlığında kimyəvi silahdan istifadə barədə məlumatlar o qədər geniş miqyas almışdır ki, Qərb ölkələri yaxın zamanlarda BMT Təhlükəsizlik Şurasının sanksiyası olmadan ölkə ərazisinə hava zərbələri endirmək barədə müzakirələrə başlamışlar.

Dünən axşam ABŞ Prezidentinin hələ Suriyaya qarşı atılacaq addımları götür-qoy etdiyi məlum olmuşdur, Pentaqon isə münaqişəyə mümkün müdaxilə ssenariləri ilə bağlı müxtəlif variantlar, o cümlədən hərbi müdaxilə ssenarisi üzərində işlədiyini açıqlamışdır. Bir sıra Qərb dövlətləri BMT Təhlükəsizlik Şurasının qərarı olmadan Suriya münaqişəsinə müdaxilə etməyə hazır olduqlarını bildirmişlər.

 

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında