Sərdar CƏLALOĞLU: “Milli Şuranın heç bir perspektivi yoxdur”

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu APA-ya açıqlamasında bildirmişdir ki, Milli Şuraya daxil olan qüvvələr ziddiyyətli mövqe sərgiləyirlər.

ADP sədri demişdir: “Onların hamısı Rüstəm İbrahimbəyov vasitəsilə birləşmişdi. Əlavə vahid namizəd Cəmil Həsənlidə isə belə bir güc və potensial yoxdur. Artıq Milli Şuranın daxilində bu məsələ ilə bağlı ciddi fikir ayrılığı var. Hətta bu qurumun fəaliyyətinin dayandırılmasını tələb edən Milli Şura üzvləri də var”.

Sərdar Cəlaloğlu qeyd etmişdir ki, Cəmil Həsənli AXCP-yə yaxındır və AXCP-yə nə qədər yaxındırsa, o qədər də orada təmsil olunan digər partiyalardan uzaqdır: “Yəni Cəmil Həsənli formal vahid namizəddir. Milli Şuraya daxil olan qüvvələrin sona qədər Cəmil Həsənlini dəstəkləyəcəyinə inanmıram. Cəmil Həsənlinin liderlik xarakteri olmadığından, bu məsuliyyəti öz üzərinə götürməsini də düzgün hesab etmirəm. Oradakı ziddiyyətli qüvvələri birləşdirib, seçkilərə gedəcəklərinə inamım azdır. Belə olan halda ortaya sual çıxır ki, Cəmil Həsənlinin namizədliyi Milli Şuraya nə kimi xeyir gətirə bilər? Cavab da budur ki, bu addımın heç bir faydası olmayacaq. Bu, çox uğursuz seçimdir və məcburiyyət qarşısında atılan addımdır”.

 S.Cəlaloğlunun fikrincə, burada uzağa hesablanan siyasət yoxdur: “Sadəcə olaraq, Milli Şuraya toplanan şəxslər bir-birini qəbul etmədiyindən, Cəmil Həsənlinin seçkidə iştirakına razı oldular. Cəmil Həsənlinin prezidentliyə namizədliyinin irəli sürülməsi yanlış qərardır və Milli Şuranı düşdüyü iflas vəziyyətindən xilas etməyə uğursuz cəhddir. İsa Qəmbərin namizədliyi müdafiə olunsaydı, Milli Şura daha çox nailiyyət əldə edərdi, nəinki Cəmil Həsənlinin namizədliyi ilə...”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında