Əflan İBRAHİMOV: Prezident seçkilərinə qədər ictimaiyyətə Milli Şuranı ifşa edəcək yeni informasiyalar verəcəyəm

Prezident seçkilərinə qədər ictimaiyyətə Milli Şuranı dağıdacaq yeni informasiyalar verəcəyəm. Bu barədə bazar ertəsi Trend-ə “EL” hərəkatının Ali Məclisinin sabiq müavini Əflan İbrahimov məlumat vermişdir.

Ə.İbrahimov bildirmişdir ki, Milli Şurada Azərbaycan xalqına ciddi zərbə ola biləcək müzakirələr getmişdir: “Seçkiyə qədər Milli Şuranın axırına çıxacam. Onda görəcəksiniz ki, Milli Şurada nələr baş verir. Bütün bunların hamısı barədə informasiya verəcəyəm. İndi hələ bu barədə məlumat verə bilmərəm”.

Ə.İbrahimov Cəmil Həsənlinin Milli Şuranın ehtiyat vahid namizədi olması məsələsinə də münasibət bildirmişdir: “Cəmil Həsənli 20 il AXCP sədri Əli Kərimlinin müavini olmuşdur. Bu o deməkdir ki, Milli Şurada Xalq Cəbhəsi Partiyasının namizədi irəli verilmişdir. Mən Cəmil Həsənli adlı adama heç vaxt etibar edə bilmərəm. Çünki bu adamı Biləcəridən o tərəfə heç kim tanımır, bu necə prezident ola bilər? Nə Rusiya, nə ABŞ, nə Avropa tanıyır. Bu adam 20 il cəbhəçi olub. Onun təsəvvürü nə ola bilər? Ancaq cəbhə ideyası”.

Ə.İbrahimov, həmçinin bildirmişdir ki, “EL” hərəkatının Ağdaş və Mingəçevir rayon təşkilatlarının sədrləri bəyanat verərək oradan çıxdıqlarını açıqlamışlar.

Qeyd edək ki, “EL” hərəkatının Ali Məclisinin sədr müavini Əflan İbrahimov Milli Şuranın qapalı keçirilən iclaslarında şuranın bəzi üzvləri tərəfindən Bakı şəhərində iğtişaşların törədilməsi məqsədi ilə müzakirələrin aparılması barədə kütləvi informasiya vasitələrinə verdiyi açıqlamalarla əlaqədar Baş Prokurorluğa dəvət edilmişdir.

Ə.İbrahimov mətbuata verdiyi açıqlamaları bir daha təsdiq edərək Baş Prokurorluqda verdiyi izahatında Milli Şuranın bəzi üzvləri tərəfindən ölkədə ictimai-siyasi sabitliyin pozulması, o cümlədən Bakı şəhərində və respublikanın digər bölgələrində seçki ərəfəsində iğtişaşlar törədilməsi ilə bağlı konkret tapşırıqların verildiyini bildirmişdir.

Baş verə biləcək hadisələrin qarşısının alınması və məsələnin ciddiliyi nəzərə alınaraq Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində müvafiq araşdırmalara başlanılmışdır.

Ə.İbrahimov bu açıqlamalarından sonra Ali Məclisin sədr müavini vəzifəsindən istefa vermişdir.

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında