Litva Seyminin komitəsi Macarıstanda və Azərbaycanda səfirlərin geri çağırılması təklifini təsdiq etməmişdir

Litva parlamentinin xarici işlər üzrə komitəsinin bazar ertəsi keçirilmiş iclasında xarici işlər naziri Linas Linkyaviçyusun Azərbaycandakı səfir Arturas Jurauskasın və Macarıstandakı səfir Renatas Yuşkanın öz vəzifələrindən məhrum edilməsi barədə təklifi müzakirə edilmişdir. Səfirlər özləri də iclasa gəlmişdilər. Onlar vəziyyəti komitəyə izah etmək arzularını bildirmişlər.

BNS xəbər verir ki, xarici işlər üzrə komitənin 9 üzvündən 3-ü Renatas Yuşkanın və 4-ü Arturas Jurauskasın geri çağırılması barədə təklifi dəstəkləmişdir.

Bununla belə, nazir bildirmişdir ki, həmin diplomatların tutduqları vəzifələrdən azad olunması barədə təklifini hökumətə təqdim edəcəkdir.

O demişdir: “Bu cür qərar qəbul edilməsi üçün kifayət qədər tam informasiya vardır”.

Xarici işlər üzrə komitəsinin qərarı tövsiyə xarakteri daşıyır. Linkyaviçyusun həmin diplomatların tutduqları vəzifədən azad edilməsi barədə Komitəyə təqdimatında göstərilir ki, onlar dövlət rəhbərlərinin etimadını itirmişlər.

Renatas Yuşka ilə Arturas Jurauskasın adları onların telefon söhbətlərinin gizli yolla aparılmış audioyazıları Youtube portalında yerləşdiriləndən sonra hallanmağa başlamışdır. Həmin audioyazılarda diplomatlar Azərbaycan ilə Ermənistan arasında münaqişə, Türkmənistanda daxili vəziyyət və dövlət rəhbərləri haqqında replika mübadiləsi aparmışlar.

Audioyazıların autentikliyi rəsmən təsdiq edilməmişdir.

Konstitusiyaya görə, hökumətin müvafiq təqdimatı əsasında səfirləri prezident geri çağıra bilər.

 

Nigar CƏFƏRLİ

AzərTAc-ın xüsusi müxbiri

Vilnüs

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında