Mübariz QURBANLI: “Human Rights House” şəbəkəsinin Azərbaycanda seçkiqabağı mühiti narahatedici kimi təqdim etməsinin heç bir əsası yoxdur

“Human Rights House” şəbəkəsinin Azərbaycanda seçkiqabağı mühiti narahatedici kimi təqdim etməsinin heç bir əsası yoxdur. Trend-in məlumatına görə, bunu hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Mübariz Qurbanlı partiyanın rəsmi saytına açıqlamasında bildirmişdir.

Onun sözlərinə görə, bu yanaşma tamamilə qərəzlidir, qeyri-obyektivdir və məqsədli şəkildə yayılmış məlumatdır: “Bu təşkilat və onun rəhbərliyində olan şəxslər müstəqil Azərbaycana və onun yürütdüyü siyasətə qarşı qara piar kampaniyasına qoşulublar”.

M.Qurbanlı bildirmişdir ki, bu təşkilatın arxasında Azərbaycanla bağlı hadisələri qərəzli göstərmək istəyən dairələrin olduğunu görmək mümkündür: “Artıq təşkilatın rəhbərliyində erməni mənşəli şəxslərin olduğu da bəllidir. “Human Rights House” Şəbəkəsinin maliyyə işləri ilə erməni mənşəli şəxsin məşğul olduğu artıq cəmiyyətimizə məlumdur. Ümumilikdə isə, biz bu məsələlərlə bağlı dəfələrlə mövqeyimizi bildirmişik. Azərbaycan Cənubi Qafqaz regionunun lider dövlətidir, ölkəmiz böyük neft-qaz ehtiyatlarına malikdir. Azərbaycan Prezidenti tam müstəqil siyasət həyata keçirir və bizim xarici siyasətimizdəki mövqeyimiz ədalətə söykənir. Təbii ki, Azərbaycanın müstəqil siyasət həyata keçirməsi kimlərinsə xoşuna gəlmir. Burada bir neçə amil var ki, onun başında erməni lobbisi dayanır. Erməni lobbisi nəyin bahasına olursa-olsun, Azərbaycana qarşı qara piar kampaniyasına rəvac verir və bunu müxtəlif təşkilatlarda özünün nümayəndələrinin vasitəsilə həyata keçirməyə çalışır. Amma belə hərəkətlərlə Azərbaycana təzyiq etmək, ölkəmizin nüfuzuna ziyan vurmaq mümkün deyil”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında