MSK sədri Rüstəm İbrahimbəyovun prezidentliyə namizədliyi məsələsinə aydınlıq gətirmişdir

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov müxalifətin Milli Şuranın vahid namizədi Rüstəm İbrahimbəyovun prezidentliyə namizədliyi məsələsinə münasibət bildirmişdir.

Trend-in məlumatına görə, M.Pənahov jurnalistlərə demişdir ki, ikili vətəndaşlığın olmaması ilə bağlı tələb Azərbaycan Konstitusiyasının tələbidir: “Kim Azərbaycan prezidenti olmaq istəyirsə, Konstitusiyanın bir neçə tələbləri var və bu tələblərin əsaslarından biri odur ki, ikili vətəndaşlığı olan, digər ölkələr qarşısında öhdəliyi olan vətəndaşlar Azərbaycan Respublikasının Prezidenti ola bilməz. Yəni bu, Azərbaycan Konstitusiyasının tələbidir. Buna görə, bu məsələlərə qanunvericiliyin yol verdiyi şərtlər çərçivəsində baxılmalıdır. Burada başqa yol ola bilməz”.

M.Pənahov qeyd etmişdir ki, Rüstəm İbrahimbəyovun sənədləri MSK-ya dünən daxil olmuşdur: “Bu gündən həmin sənədlərə baxılmaq mərhələsi başlamışdır. Bizim üçün namizədin adının, familiyasının və yaxud da onun kimliyinin əhəmiyyəti yoxdur. Yəni Azərbaycan Respublikasının Prezidenti olmaq hüququ olan şəxs bu istiqamətdə addımlarını atmaqda azaddır və MSK-ya müraciət edə bilər. MSK qanunvericiliyin tələbinə uyğun olaraq bu addımları atacaq. Biz beş gün müddətinə bu məsələlərə baxmalıyıq və komissiya hansı qərara gələcəksə, onun şahidi olacaqsınız”.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında