Sülhəddin ƏKBƏR: Biz dəfn komissiyasında iştirak etmək istəmirik

“Rüstəm İbrahimbəyov qərarların qəbul olunmamasından bezdi. İndi də Cəmil Həsənlini irəli vermək istəyirlər. Bu, düzgün taktika deyil”.

 APA -nın məlumatına görə, bunu Milli Şuranın sessiyasındakı çıxışı zamanı Açıq Cəmiyyət Partiyasının (ACP) sədri Sülhəddin Əkbər demişdir.

O bildirmişdir ki, ötən sessiyada ACP, ALP, KXCP və “El” hərəkatı, o cümlədən Müsavat Partiyasının dəstəklədiyi məqam qəbul olunmadı: “Rüstəm İbrahimbəyovun namizədliyinin üzərində dayanılması qəbul olunmadı. Biz yeni namizəd irəli sürəcəyiksə, bu, Milli Şuranın üzərindən xətt çəkməkdir. Bunu Milli Şuranın sınma nöqtəsi adlandırıram. Rüstəm İbrahimbəyovun təklifləri qəbul olunmur, bu da onda narahatlıq yaradır. Niyə partiya liderləri önə çıxıb, namizədliklərini irəli sürmürlər? İndi Cəmil Həsənlini önə buraxıblar. Biz dəfn komissiyasında iştirak etmək istəmirik. Biz yalnız Rüstəm İbrahimbəyovun namizədliyi dəstəklənəcəyi təqdirdə bu qərarın yanında olacağıq”.

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında