Rəsmi Ər-Riyad Misirdə baş verən hadisələrə İslam həmrəyliyi və insanlıq baxımından yanaşır

Dünyanın müxtəlif guşələrində baş verən ictimai-siyasi proseslərlə bağlı bütün həqiqətləri   insanlar  gec də olsa,  həmişə öyrəniblər və  nəticə çıxarıblar.  Misir hadisələri zamanı da  region ölkələrinin münasibətlərini korlamaq məqsədi güdən çoxsaylı fərziyələr ortaya qoyuldu. Səudiyyə Ərəbistanı Krallığının hökuməti  region xalqlarının və dövlətlərinin bu qəbildən olan iddialara reallıq prizmasından yanaşması üçün mümkün olan bütün addımları atır.

Krallığın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin yaydığı məlumatlarda bildirilir ki, İki Müqəddəs Məscidin Xadimi, Səudiyyə Ərəbistanının kralı Abdullah bin Əbdüləziz Al Səud Misir Ərəb Respublikasında baş verən hadisələrlə bağlı verdiyi Bəyanatda ərəb dünyasını və İslam ümmətini bəşər tarixində möhtəşəm yeri olan bu ölkəni sarsıtmaq istəyənlərə qarşı mübarizəyə çağırır.  Kral öz bəyanatında qanlı hadisələrin törədildiyi ölkənin adını  çəkərkən “Bizim İkinci vətənimiz - Misir Ərəb Respublikası...” ifadələrini işlədir.  Rəsmi Ər - Riyad adından yayılan bəyanatda deyilir: “Qoy bütün dünya bilsin ki, Səudiyyə Ərəbistanı Krallığı xalqı və hökuməti həmişə terrora, azğınlığa, fitnə-fəsada qarşı olub və həmin mövqeyində  qalmaqdadır. Biz öz qanuni haqqımızla Misirin daxili işlərinə qarışanlara və sadə misirli qardaşlarımızı aldadıb, yolunu azdıranlara qarşıyıq. Misirin daxili işlərinə qarışanlar bilsinlər ki,  bu ölkədə fitnə odunu yandırmaqla özlərinin əvvəllər mübarizə apardıqları terrora indi dəstək vermiş olurlar”.

 Səfirliyin mətbuat xidmətinin yaydığı növbəti məlumatda isə Krallığın xarici işlər naziri, şahzadə Səud Əl - Feysəlin ötən bazar günü Parisə etdiyi səfərdən sonra  Səudiyyə Xəbər Agentliyinə (SXA)  verdiyi müsahibədən söz açılır. Şahzadə agentliyin sualını cavablandırarkən  qeyd edir ki, Prezident Fransua Olland ilə görüşümüzün əsas məqsədi hazırda Misirdə cərəyan edən hadisələrlə bağlı fərziyələrə yox, reallığa əsaslanan ümumi bir rəyə gəlmək idi. Biz fransalı dostlarımızla Misirdə sülhün və sabitliyin daha tez əldə olunması barədə söhbət etdik və müzakirələr apardıq. 

Nazir öz müsahibəsinin sonunda bildirib ki, Misirə qarşı nümayiş etdirilən hazırkı beynəlxalq mövqeyə cavab olaraq Səudiyyə Ərəbistanı Krallığı açıq və qətiyyətli şəkildə bu dövlətin yanındadır. “Misir ən mühüm və ən böyük ərəb dövlətidir. Krallıq qəbul edə bilməz ki, yanlış dəyərləndirmələrə görə bu  ölkənin taleyi girov qoyulsun. Ona görə də İki Müqəddəs Məscidin xadimi ötən cümə günü açıq, aydın və qətiyyətli bir bəyanat vermişdir”.

 

İttifaq MİRZƏBƏYLİ,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında