Rauf ARİFOĞLU: “Azərbaycanın siyasət tarixində Milli Şura qədər zərərli bir layihə, birlik olmayıb”

“Mənim təklifim budur ki, Milli Şura özünü təcili buraxsın”

Müsavatçı, müxalif İctimai Palatanın Koordinasiya Şurasının üzvü, “Yeni Müsavat” qəzetinin təsisçisi və baş redaktoru Rauf Arifoğlu avqustun 22-də “Media forum” saytının “Milli Şura prezidentliyə namizədlə bağlı düşdüyü vəziyyətdən necə çıxa bilər, hansı çıxış yolunu təklif edirsiniz?” sualını cavablandırmışdır.

Rauf Arifoğlu demişdir: “Mənim təklifim budur ki, Milli Şura özünü təcili buraxsın, yaratdığı siyasi tıxacı açsın. Milli Şura qaldıqca ənənəvi müxalifət düşərgəsindən kimsə namizədliyini verə bilməyəcək. Demokratik düşərgənin kiçik bir şansı qalıb, bu, lotereya almaq kimi bir şeydir. Lakin Milli Şura qaldıqca bu kiçik şans da əldən çıxacaq.

Milli Şura olmasaydı, Müsavat Partiyası indi öz namizədinin imzalarını da toplayıb bitirmişdi. Lakin indi heç müxalifətin əsas namizədi olan İsa Qəmbərin namizədlik ərizəsi təqdim olunmamışdır. Azərbaycanın siyasət tarixində Milli Şura qədər zərərli bir layihə, birlik olmayıb. Bu zərərdən mümkün qədər təcili qurtarmaq lazımdır”.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında