Arif HACILI: “Milli Şura”da böhran yaşanır

“Milli Şura”nın 19 avqust sessiyasında yeni vahid namizədin təyin edilməməsi, daha bir neçə günün itirilməsi təbii ki, uğursuzluqdur. Bu barədə Trend-ə Müsavat Partiyasının İcra Aparatının rəhbəri Arif Hacılı açıqlama vermişdir.

Hacılı qeyd etmişdir ki, əslində yaranmış vəziyyəti “vaxt keçir kimi yox, vaxt artıq keçib” kimi də dəyərləndirmək olar: “Çünki artıq seçki kampaniyasının başlanmasından 11 gün keçib, amma biz hələ də namizəd məsələsi ilə əlaqədar yaranmış böhrandan çıxa bilməmişik. Hesab edirəm ki, bir neçə gün ərzində bu sualların hamısına cavab tapılacaq. Biz Müsavat Partiyası olaraq müxalifətin bu seçkilərdə birgə iştirakına nail olmaq üçün bütün güzəştlərə hazır olmuşuq və indi də hazırıq”.

A.Hacılı bildirmişdir ki, “Milli Şura”nın bu gün düşdüyü böhrandan çıxması üçün bir sıra təklifləri var və bu təkliflər hazırda müzakirə olunur.

Lakin A.Hacılı qeyd etmişdir ki, bu müzakirələrin nəticəsiz başa çatacağı halda Müsavat Partiyası müstəqil hərəkət edəcək: “Təbii ki, biz “Milli Şura”dakı qüvvələri seçkilərdə bu və ya digər şəkildə iştiraka razı sala bilməsək, onda müstəqil qərarlarımızı qəbul etmək üçün müzakirələrə başlamalı olacağıq”.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında