Əli ƏLİYEV: “Milli Şura”nın mitinqi son 20 ildə Azərbaycanın siyasi səhnəsində yer almış müxalif siyasi təşkilatların məğlubiyyət aksiyası idi

“Milli Şura”nın icazəli mitinqi son 20 ildə Azərbaycanın siyasi səhnəsində yer almış müxalif siyasi təşkilatların məğlubiyyət aksiyası idi. Bunu Trend-ə Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev “Milli Şura”nın 18 avqust mitinqinə münasibət bildirərkən demişdir.

Ə.Əliyev qeyd etmişdir ki, istənilən siyasi quruma qiyməti xalq verməlidir: “Bu mitinq əyani surətdə göstərdi ki, həmin müxalif partiyaların liderləri nəinki xalqı, heç özlərini də xilas etmək iqtidarında deyillər. Xalqın onlara dəstək göstərməməsi bir daha sübut etdi ki, Azərbaycan cəmiyyətinin yeni müxalifətə, yeni davranış tərzinə söykənən, yeni prinsiplərlə mübarizə aparan təşkilata ehtiyacı var”.

VİP sədri hesab edir ki, zamanı yetişəndə, proseslər faydalı yön alacaq, prezident seçkiləri isə Azərbaycanda siyasi güclərin təzələnməsi üçün həlledici mərhələ olacaq: “Proseslər bir daha sübut etdi ki, Azərbaycan xalqı yenidən müstəmləkə boyunduruğu altına girmək istəmir və “Milli Şura”nın aksiyasına xalqın dəstək verməməsi kənardan gələn layihəyə göstərdiyi təpki idi. Bununla cəmiyyət Azərbaycan dövlətçiliyinin inkişaf vektorunu nümayiş etdirdi”.

Partiya sədri qeyd etmişdir ki, mitinq “Milli Şura”nın iflasını bir daha təsdiqlədi: “Bu iflas təsis olunduğu gündən ortada idi, çünki onlar açıq surətdə kənardan gələcək vəsaiti, siyasi təlimatı gözləyirdilər, lakin dəstək verilmədi, onlar cansız bədən rolunda qaldılar”.

 

 

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında