Araz ƏLİZADƏ: “Milli Şura”da olanlar o qədər “birləşiblər” ki, heç bir-birlərinin çıxışlarına qulaq asmaq istəmirdilər

Rüstəm İbrahimbəyov açıq şəkildə sübut etdi ki, xalq onun üçün kütlədir, “massovka”dır. Bunu Trend-ə Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə Milli Şuranın 18 avqust mitinqinə münasibət bildirərkən demişdir.

A.Əlizadə bildirmişdir ki, mitinqdə 800-900 nəfərin iştirakı sübut etdi ki, “Milli Şura”da təmsil olunan müxalifətin heç bir sosial bazası, elektoratı yoxdur. Mitinq göstərdi ki, “Milli Şura”da ailə müxalifəti təmsil olunur.

Partiya sədri qeyd etmişdir ki, İbrahimbəyov ümidini xalqa bağlamayıb: “Çünki namizədliyi irəli sürülərkən xalqla təmasda olmaqdansa, xalqa ümidini bağlamadansa ABŞ-a, Avropaya, Rusiyaya getdi. Onlar elə bildilər ki, nə desələr, xalq onu edəcək, xeyr, elə deyil. Xalqın şüuru, özünə hörməti var və xalq onları qəbul etmir. Onlar artıq xalq üçün yabançıdırlar”.

Əlizadə demişdir ki, onlar hamısı vaxtı ilə siyasətdə vurulmuş insanlardır, vurulmuş kartlardır: “İndi bunlar özlərini “tuz” kimi göstərmək istəyirlər. Daim xalqı aldadıblar, zərbə altında qoyublar, hər zaman xalqdan istifadə ediblər”.

ASDP sədri vurğulamışdır ki, onlar hətta bir-birlərinə qulaq asmaq da istəmirlər: “Maraqlısı odur ki, mitinqdə Əli Kərimliyə söz veriləndə, orada ümumiyyətlə 350-400 adam qalmamışdı. Yəni onlar o qədər “birləşiblər” ki, heç bir-birlərinə qulaq da asmaq istəmirdilər”.

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında