Qərbi azərbaycanlılardan İlham Əliyevə dəstək

 

Azərbaycan Qaçqınlar Cəmiyyəti 9 oktyabr prezident seçkiləri ilə bağlı bəyanat yayıb.

Cəmiyyətin sədr əvəzi Əziz Ələkbərlinin adından Modern.az-a daxil olan bəyanatda bildirilir ki, bu gün Azərbaycan öz tarixinin və taleyinin həlledici mərhələlərindən birini yaşayır. Ermənilərin Azərbaycana qarşı 1988-ci ildən başladığı işğalçılıq müharibəsi hələ də davam edir.

“Biz hələ uzun yolun başlanğıcındayıq. Azərbaycanın xoşbəxt gələcəyi naminə bu yolu təmkinlə və inamla irəli getmək lazımdır. Bu gün Azərbaycanı bu yoldan sapdırmaq, bu yolu hər dəfə təzədən başlamağa məcbur etmək istəyən qüvvələr də yox deyildir. Təəssüflər olsun ki, belələri bəzən öz şəxsi, qrup və partiya maraqlarını ümummilli və ümumdövlət maraqlarından üstün tutaraq atdıqları addımlarla Azərbaycan dövlətini və dövlətçiliyini hansı təhlükələrlə üz-üzə qoyduqlarını başa düşmürlər. Anlaya bilmirlər ki, müharibə şəraitində və dünyanın güc mərkəzlərinin maraq dairəsində olan bir ölkədə atılacaq hər hansı səhv addım Azərbaycanı sonu məlum olmayan fəlakətlərə sürükləyə bilər”.

Azərbaycan Qaçqınlar Cəmiyyəti mövcud problemlərin aradan qaldırılacağına inandığını, ən əsası isə, itirilmiş torpaqların geri qaytarılacağına və Ermənistandan qovulmuş insanların öz tarixi torpaqlarına dönə biləcəyinə böyük ümid bəslədiyini bəyan etmişdir.

Bəyanatda AQC Yeni Azərbaycan Partiyasının növbəti prezident seçkilərində namizədi İlham Əliyevin namizədliyini dəstəklədiyini qeyd etmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında