ABŞ-ın Azərbaycandakı səfirliyi Ramazan ayı ilə əlaqədar iftar mərasimi təşkil etmişdir

 

Avqustun 1-də ABŞ-ın Azərbaycandakı səfirliyi mübarək Ramazan ayı ilə əlaqədar iftar mərasimi təşkil etmişdir.  AzərTAc xəbər verir ki, iftar mərasimində rəsmi şəxslər, Azərbaycandakı dini icmaların başçıları və nümayəndələri, ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun rəhbərləri iştirak etmişlər.

Tədbir iştirakçılarını və xalqımızı qarşıdan gələn Ramazan bayramı münasibətilə təbrik edən ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar iftar mərasimi təşkil etməkdən şərəf duyduğunu bildirmişdir. Azərbaycanda dini icmalar arasında həmişə qarşılıqlı hörmət mühitinin olduğunu qeyd edən ABŞ diplomatı bunun digər ölkələr üçün nümunə olduğunu vurğulamışdır.

 Diqqətə çatdırılmışdır ki, Ramazan ayı bizə etiqad, ibadət, o cümlədən ehtiyacı olanlara kömək etmək üçün dərindən düşünmək imkanı verir. Ramazan ayı bizim hər birimizi mərhəmətli olmağa səsləyir. Bu mərasimi qeyd etdiyimiz zaman Azərbaycanda dini icmalar arasında dialoq, ortaq fikirlər və qarşılıqlı hörmətin şahidi oluruq.

Mərasimdə çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə demişdir ki, iftar mərasimi ortaq dəyərlərimizi qeyd etməyə və Azərbaycanda dini tolerantlığı qiymətləndirməyə imkan verir.

Azərbaycanda yüksək tolerantlıq şəraitinin mövcud olduğunu bildirən A.Paşazadə ölkəmizdə müsəlmanların, xristianların və yəhudilərin əsrlər boyu dinc yanaşı yaşadıqlarını söyləmişdir. Vurğulamışdır ki, azərbaycanlılar dini etiqadlarından asılı olmayaraq daim hamıya yüksək qonaqpərvərlik göstərmişlər. Azərbaycan bu gün dinlər arasında belə dostluq və tolerantlıq nümunəsinə görə dünyanın bir çox ölkəsinə örnək ola bilər.

Diqqətə çatdırılmışdır ki, Azərbaycanda çox sayda məscidlər, kilsələr, dini ibadət yerləri tikilmiş, təmir olunmuşdur və bu proses hazırda da davam etdirilir. Azərbaycanda yüksək tolerantlıq mühitinin qorunub inkişaf etdirilməsində Prezident İlham Əliyevin səyləri yüksək qiymətləndirilmişdir.

Sonda dualar oxunmuş və iftar verilmişdir.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında