Kolumbiya Nümayəndələr Palatasının komitəsi Dağlıq Qarabağ münaqişəsinə və Xocalı soyqırımına dair qərar qəbul edib

 

İyulun 30-da Kolumbiya Respublikası Konqresinin Nümayəndələr Palatasının Xarici İşlər və Milli Müdafiə Məsələləri Üzrə II Komitəsi Ermənistan-Azərbaycan münaqişəsi və Xocalı soyqırımına dair qərar qəbul edib.

Azərbaycanın Meksika Birləşmiş Ştatlarındakı səfirliyindən APA-ya verilən məlumata görə, Kolumbiya Konqresinin Nümayəndələr Palatasının sədri Hernan Penaqos Xiraldo tərəfindən irəli sürülən “Ermənistan-Azərbaycan münaqişəsi” adlı qərar layihəsi Palatanın II Komitəsində səsverməyə qoyulub və yekdilliklə qəbul edilib.

Sözügedən sənəd Azərbaycanın  Dağlıq Qarabağ regionu və onun ətrafındakı yeddi rayonun Ermənistan tərəfindən işğal olunması, bu hərbi işğal nəticəsində Azərbaycan əhalisinə qarşı törədilmiş cinayətlər, o cümlədən dinc əhalinin öldürülməsi və əlil edilməsi, Azərbaycan vətəndaşlarının hüquqlarının pozulması, xüsusilə Xocalıda baş vermiş soyqırımı aktı və tərəflər arasında bərqərar edilmiş atəşkəs rejiminin pozulması qətiyyətlə pislənilib.

Qərarda həmçinin, Azərbaycan və Ermənistanın  beynəlxalq miqyasda tanınmış sərhədlərinə hörmət prinsiplərini rəhbər  tutaraq, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin yerinə yetirilməsi barədə Ermənistan hökumətinə çağırış ifadə edilib.

Hernan Penaqos Xiraldo tərəfindən komitə üzvləri üçün hazırlanan altı səhifəlik icmalda Dağlıq Qarabağ münaqişəsi, eləcə də Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal edilməsi və bu işğalın regionda sülhə və əmin-amanlığa təhdid olması, rəsmi Yerevanın təcavüzkar siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlının öz yurdlarından qaçqın və məcburi köçkün düşməsi barədə ətraflı məlumat verilib.

İcmalda münaqişənin tarixinə nəzər salınır və Ermənistan silahlı qüvvələrinin  Azərbaycanın Xocalı şəhərində törətdiyi soyqırımın ağır nəticələri barədə məlumat verilir. İcmalın sonunda Hernan Penaqos Xiraldo Azərbaycanın Dağlıq Qarabağ regionunun və ətraf rayonlarının Ermənistan tərəfindən işğalının xronologiyasını verir və adıçəkilən işğalın qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamə barədə faktları diqqətə çatdırır.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında