BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı ilə əməkdaşlığın perspektivləri müzakirə olunmuşdur

 

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Cənubi Qafqazdakı ofisinin baş müşaviri Vladimir Şkolnikov ilə görüşmüşdür.

Ombudsman Aparatından AzərTAc-a bildirmişlər ki, E.Süleymanova təsisatın BMT-nin müxtəlif sahələr üzrə ixtisaslaşmış mühüm təşkilatları, həmçinin İnsan Hüquqları üzrə Ali Komissarlığı ilə, bu qurumun regional ofisi ilə səmərəli əməkdaşlıq əlaqələrinin qarşılıqlı anlaşma şəraitində davam etdirildiyini diqqətə çatdırmışdır.

Müvəkkil bu il Ombudsmanların XI Beynəlxalq Bakı Konfransının keçirildiyini,  “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın müzakirəsi məqsədilə dövlət orqanları və vətəndaş cəmiyyəti, insan hüquqları sahəsində çalışan QHT-lərin nümayəndələri ilə məsləhətləşmələrin, respublikamızın hər bir rayonunda ictimai dinləmələrin təşkilini vurğulamışdır. O, həmçinin Universal Dövri İcmal (UDİ) prosesi ilə bağlı verilmiş tövsiyələrin icrası vəziyyətinin monitorinqinin aparıldığını, vətəndaş cəmiyyəti təsisatlarının bu prosesdə iştirak etdiyini bildirmişdir. Azərbaycan ombudsmanının UDİ üzrə fəaliyyətinin müsbət təcrübə kimi dəyərləndirildiyini və bu sahədə fəaliyyətinin davam etdirildiyini söyləmişdir.

V.Şkolnikov Azərbaycan ombudsmanının insan hüquqları sahəsində çoxşaxəli fəaliyyətini, UDİ prosesində fəal mövqeyini yüksək qiymətləndirmişdir.

İnsan hüquqları üzrə müvəkkil BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının prioritetlərinə uyğun olaraq bir sıra təkliflər vermişdir.

Görüşdə əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında