Politoloq Stanislav Çernyavski: Azərbaycan Gürcüstanla Rusiya arasında vasitəçi ola bilər

 

Dağlıq Qarabağ probleminin həll olunmaması Qafqazın inkişafını ləngidir

Rusiyalı politoloq parlamentarlardan ibarət “Qafqaz dördlüyü” institutunun yaradılması təklifi ilə çıxış edib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Postsovet Ölkələrinin Tədqiqatı Mərkəzinin direktoru, tarix elmləri doktoru, tanınmış rusiyalı politoloq Stanislav Çernyavski “Parlamentskaya qazeta”da jurnalistlərlə keçirilən görüşündə parlamentarları “Qafqaz dördlüyü” institutunun yaradılmasına çağırıb. Onun fikrincə, bu institutun yaradılması Qafqazdakı problemlərin parlament spikerləri tərəfindən müzakirəsi üçün vacib addım ola bilər.

Gürcüstana Azərbaycan və Qazaxıstan tərəfindən sərmayələr qoyulduğunu söyləyən S.Çernyavski bildirib ki, Azərbaycan Gürcüstanla Rusiya arasında münasibətlərin tənzimlənməsində vasitəçi ola bilər: “Çünki Bakı ilə Tbilisi arasında dostluq münasibətləri mövcuddur”.

Tarix elmləri doktoru Dağlıq Qarabağ münaqişəsinin həlli prosesindən də danışıb. Onun sözlərinə görə, bu problemin həll olunmaması Qafqazın inkişafını ləngidir: “Əgər münaqişənin həllində hər hansı bir irəliləyişlər olsa, bölgədə vəziyyət tamamilə dəyişər. Misal üçün, Ermənistan iki ilə varlana bilər”.

S.Çernyavski Azərbaycanı dost, hər kəsə açıq ölkə adlandırıb: “Azərbaycan infrastrukturu çox inkişaf etmiş ölkədir. Bir sözlə, gəzməli, görməli ölkədir. Ona görə də ruslar bir müddət sonra Türkiyədə deyil, Azərbaycanda istirahət etməyə başlayacaqlar”.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında