Prezident seçkiləri ilə bağlı ümumrespublika rəy sorğusu iştirakçılarının 81,2 faizi dövlətimizin başçısı İlham Əliyevə səs verəcəklərini bildirmişdir

 

Prezident seçkiləri ilə bağlı ümumrespublika rəy sorğusu iştirakçılarının 81,2 faizi dövlətimizin başçısı İlham Əliyevə səs verəcəklərini bildirmişdir.

Bu, “Rəy” Monitorinq Mərkəzinin keçirdiyi ümumrespublika ictimai rəy sorğusu zamanı məlum olmuşdur.

Məlum olduğu kimi, seçki marafonunun rəsmən elan edilməsinə az qalmışdır. Tezliklə Mərkəzi Seçki Komissiyası (MSK) namizədlərin qeydiyyatına başlayacaqdır.

Bəs vətəndaşlar seçkiyə hansı əhvalla gedir, onlar necə köklənib, kimə üstünlük verirlər? Bu və digər suallara “Rəy” Monitorinq Mərkəzinin bu günlərdə keçirdiyi ümumrespublika ictimai rəy sorğusu zamanı cavab verilmişdir.

“Bu namizədlərdən hansına səs verərdiniz?” sualına cavabda respondentlərin 81,2 faizi İlham Əliyevin, 3 faizdən az hissəsi isə digər namizədlərin adlarını çəkmişdir.

 Hesabat 2013-cü il iyulun 22-28-də keçirilmiş ümumrespublika ictimai rəy sorğusunun materialları əsasında hazırlanmışdır. Sorğuya 18 və yuxarı yaşlı 1500 nəfər cəlb edilmişdir. Tədqiqatın nisbi xətası 3 faiz təşkil edir.

AzərTAc

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında