Almaniya Azərbaycan ilə dialoqun və ənənəvi xoş münasibətlərin davam etdirilməsində maraqlıdır

 

 

İyulun 31-də Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Almaniya Federativ Respublikasının ölkəmizə yeni təyin olunmuş səfiri Haydrun Tempel ilə görüşmüşdür.

Xarici İşlər Nazirliyinin  mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, nazir Elmar Məmmədyarov Haydrun Tempeli ölkəmizə səfir təyin olunması münasibətilə təbrik etmiş və ona gələcək fəaliyyətində uğurlar arzulamışdır.

Görüşdə Azərbaycan ilə Almaniya arasındakı ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə edilmişdir.

Nazir Elmar Məmmədyarov yeni təyin olunmuş səfirin iki ölkə arasındakı münasibətlərin daha da inkişafına töhfə verəcəyinə əminlik ifadə etmişdir.

Etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edən Haydrun Tempel ölkəsinin Azərbaycan ilə dialoqun və ənənəvi xoş münasibətlərin davam etdirilməsində maraqlı olduğunu bildirmişdir. O, diplomatik fəaliyyəti müddətində ölkələrimiz arasındakı münasibətlərin genişləndirilməsi istiqamətində səylər göstərəcəyini diqqətə çatdırmışdır.

V Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində muğam axşamı tamaşaçıları heyran etmişdir

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə reallaşdırılan  V Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində iyulun 31-də muğam axşamı keçirilmişdir.

“Ustaddan şagirdə” adlı konsertdə tanınmış xanəndə, xalq artisti Mənsum İbrahimov, müxtəlif nüfuzlu festivalların iştirakçısı və beynəlxalq müsabiqələr laureatları Arzu Əliyeva və Aytən Məhərrəmova çıxış etmişlər.

Ümumilikdə, 1000-dən çox tamaşaçının izlədiyi konsertdə muğam kompozisiyası və bəstəkarlarımızın əsərləri səsləndirilmişdir.

Çoxsaylı tamaşaçılar qarşısında geniş proqramla çıxış edən muğam ifaçılarını əməkdar artistlər - Elçin Həşimov (tar) və Elnur Əhmədov (kamança)  müşayiət etmişlər.

Xanəndələrimizin ifa etdikləri “Bayatı-Şiraz”, “Mahur”, “Segah”, “Şahnaz”, “Rast” muğamları, eləcə də “Qarabağ şikəstəsi” tamaşaçılar tərəfindən heyranlıqla qarşılanmışdır.

Avqustun 6-dək davam edəcək musiqi bayramında Azərbaycan və xarici ölkələrdən görkəmli musiqiçilər, bədii kollektivlər və solistlər iştirak edirlər.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında