Araz ƏLİZADƏ: Rüstəm İbrahimbəyov özünü “ələkeçməz Co” kimi aparır

 

Azərbaycan Konstitusiyasına görə, Rüstəm İbrahimbəyov, azı,

6 ay bundan qabaq Rusiya vətəndaşlığından imtina etməli idi

“Mən Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşlığı olduğunu deyəndə, o açıq mətnlə cavab vermişdi ki, bu, yalandır və mənim heç vaxt Rusiya vətəndaşlığım olmayıb. İddiasına görə, guya, onun yalnız  SSRİ və Azərbaycan vətəndaşlığı olub. Yəni, indi baş verənlər göstərir ki, Rüstəm İbrahimbəyov yalan danışır”. Bu açıqlamanı APA-ya Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə verib.

A.Əlizadə Milli Şuranın sədri Rüstəm İbrahimbəyovun Azərbaycana qayıtmamasına münasibət bildirərkən qeyd edib ki, R. İbrahimbəyov elə hesab edir ki, Azərbaycana gələn kimi iqtidar ondan qorxacaq və onu həbs edəcək: “Amma heç kimin onu həbs etmək fikri yoxdur. O bir növ özünü “ələkeçməz Co” kimi aparır. Amerikada bir kişi olur və hamıya sataşır. Sonra bir nəfər soruşur ki, onu niyə ələ keçirə bilmirlər? Cavabında isə deyirlər ki, çünki o heç kimə lazım deyil. Rüstəm İbrahimbəyov da elə bilir ki, kinossenari yazır və özünə hörmət qazanır. Kinoda belə şeylər olur. Amma bu yolla cəmiyyətdə hörmətini itirdiyini heç cür anlamır”.

ASDP sədri Milli Şuranın R. İbrahimbəyovun Rusiya vətəndaşlığından çıxarılması ilə bağlı Vladimir Putinə müraciət etməyə hazırlaşmasına da münasibət bildirib: “Bununla Milli Şura  öz səviyyəsizliyini göstərir. Yəni, hər hansı bir ölkənin müxalifəti ayrı bir ölkənin başçısına müraciət edir ki, bizim liderimizi Rusiya vətəndaşlığından çıxart ki, o prezident seçkilərində iştirak edə bilsin. Amma bir məsələni unudurlar ki, Azərbaycan Konstitusiyasına görə, Rüstəm İbrahimbəyov, azı, 6 ay bundan qabaq Rusiya vətəndaşlığından imtina etməli idi”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında