Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Macarıstanın Azərbaycandakı səfiri Jeno Boroş ilə görüşmüşdür.
Ali Məclisin sədri səfirin ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafına səylər göstərdiyini, Azərbaycan ilə Macarıstan arasında münasibətlərin inkişafının razılıq doğurduğunu vurğulamış, Macarıstanla Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasında əlaqələrin yaradılacağına ümidvar olduğunu bildirmişdir.
İki ölkə arasında əməkdaşlığa xidmət etməkdən məmnunluğunu qeyd edən səfir Jeno Boroş Azərbaycan və macar xalqlarının bir-biri ilə oxşar cəhətlərini müşahidə etdiyini, Naxçıvana ilk səfərinin onda xoş təəssüratlar yaratdığını, regionun zəngin turizm potensialının mühüm əhəmiyyət kəsb etdiyini bildirmişdir. Bu sahədə ölkəsinin Naxçıvan Muxtar Respublikası ilə əməkdaşlığa maraq göstərdiyini, Azərbaycanla Macarıstan arasında kənd təsərrüfatına aid bir sıra layihələrin Naxçıvanda da həyata keçirilməsi üçün tərəfdaşlıq əlaqələrinin qurulacağına əminliyini ifadə edən səfir səmimi görüşə görə minnətdarlığını bildirmişdir.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında