Mərakeşin milli bayramı şərəfinə

 

İyulun 30-da Mərakeşin Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı - Taxt-tac günü münasibətilə rəsmi qəbul təşkil etmişdir.

AzərTAc xəbər verir ki, əvvəlcə Azərbaycanın və Mərakeşin dövlət himnləri səslənmişdir.

Səfir Həsən Hami tədbirdə çıxış edərək ölkəsinin keçdiyi inkişaf yolundan danışmış, Kral VI Məhəmmədin hakimiyyətdə olduğu son 14 il ərzində Mərakeşdə siyasi və iqtisadi sahələrdə böyük tərəqqiyə nail olunduğunu vurğulamışdır.

Diplomat Azərbaycan ilə Mərakeş arasında ənənəvi dostluq münasibətlərinin hazırkı səviyyəsindən məmnunluğunu bildirərək ölkələrimizin siyasi, iqtisadi, mədəni və digər sahələrdə qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi yolu ilə inamla irəlilədiyini söyləmişdir. Qeyd etmişdir ki, həm ikitərəfli qaydada, həm də beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığımızın genişləndirilməsi üçün bundan sonra da birgə səylər göstəriləcəkdir. H.Hami, həmçinin bu il ölkələrimiz arasında diplomatik əlaqələrin inkişafı istiqamətində böyük uğurların əldə olunduğunu qeyd etmişdir.

Kənd təsərrüfatı naziri İsmət Abasov əlamətdar gün münasibətilə Mərakeş xalqını təbrik etmiş və ən xoş arzularını çatdırmışdır.

Ümummilli lider Heydər Əliyevin Mərakeşə səfərlərini xatırladan nazir İsmət Abasov ikitərəfli  münasibətlərin yaranması tarixindən danışmışdır. Nazir Mərakeşin Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdən olmasını məmnunluqla vurğulamışdır.

İ.Abasov bildirmişdir ki, Azərbaycan ilə Mərakeş arasında ənənəvi dostluq, qarşılıqlı etimad və dəstəyə, əməkdaşlığa söykənən münasibətlər bundan sonra da ikitərəfli əlaqələrin inkişafına və möhkəmlənməsinə, xalqlarımızın mənafelərinə, onların tərəqqisinə xidmət edəcəkdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında