Aydın MİRZƏZADƏ: “Müxalifətin uzun müddət reklam etdiyi dönüş baş tutmadı”

 

“Radikal müxalifətin seçkiqabağı Milli Şurasının sədri və prezidentliyə namizəd irəli sürdüyü kinorejissor Rüstəm İbrahimbəyov  Azərbaycana gələsi olmadı. Müxalifətin uzun müddət reklam etdiyi dönüş baş tutmadı”.

Modern.az saytı bildirir ki, bunu YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə Milli Şuranın vahid namizədi Rüstəm İbrahimbəyovun Azərbaycana gəlişinin tarixinin təxirə salınmasına münasibət bildirərkən demişdir. O qeyd etmişdir ki, Rüstəm İbrahimbəyovun Azərbaycana qayıtmayacağı əvvəldən də aydın idi:

“Bunun əsas səbəbi R.İbrahimbəyovun üzərinə düşən vəzifəyə hazır olmamasıdır. Siyasətdən və dövlət idarəçiliyindən xəbərsiz və hazırlıqsız ahıl insan artıq hansı yükün altında olduğunu başa düşür. Sadəcə gurultulu çıxışların bəs eləmədiyi, cəmiyyətə real proqram və liderlik xüsusiyyətləri nümayiş etdirməyin vaxtı gəlib çatıb. Rusiya və Azərbaycan kinorejissorunun isə buna hazır olmadığı aydın oldu”.

Millət vəkili onu da əlavə etmişdir ki, Milli Şura özünü doğrultmadı: “Müxalifətin azacıq da olsa uğur qazandığı ənənəvi seçki planları dağıdıldı, əvəzində tətbiq  edilən Milli Şura planı isə artıq problemlər yaratmağa başlayır. Həm format, həm elan edilən prezidentliyə namizəd özünü doğrultmadı. Çünki, cəmiyyətin müxalif hissəsinə bəyanatlardan və bir nəfərin tərifindən sonra onların fəaliyyəti də lazım idi.  Bu fəaliyyət isə yoxdur, çünki buna hazır deyildilər. Seçkiyə iki aya qədər bir vaxt qalmasına baxmayaraq Milli Şura və onun namizədi hətta ən zəif namizəddən də az hazırlıq nümayiş etdirdilər. İbrahiməbəyovun hansısa bir müsbət PR-dan söhbət gedə bilməz. Sosial baza böyüyə bilmədi, Şuranın aparat rəhbəri Eldar Namazovun ABŞ Konqresində çıxışına isə internetdə cəmi 15 min insan qulaq asıb. 4 milyon yarım seçicinin 0,3 faizi rəqəmi isə çox şeydən xəbər verir”.

Millət vəkili demişdir ki, bu situasiyada həmçinin Rüstəm İbrahimbəyov da özünə ayırdığı rola hazır olmadığını dərk etmişdir. Onun böyük çaşqınlıq içində olduğunu bəyan edən millət vəkili qeyd etmişdir ki,  Milli Şuranın ilk bəyanatları cəmiyyəti qətiyyən qane etmədi, hətta öz tərəfdarlarını şoka salan İbrahimbəyov özü də hal-hazırda nə etmək lazım olduğunu bilmir:  “Təkcə çıxışlar və abstrakt fikirlər artıq seçkiqabağı dövrün bu mərhələsində işləmir. Ona görə də o, sadəcə olaraq vaxtı uzatmağa çalışır. Nə baş verəcəyi isə onun üçün maraqlı deyil. Onsuz da o, siyasətə təsadüfi gəlmişdi. Buna görə də bu  yaxın zamanlarda onların uğursuzluğu barədə sensasiyalı bəyanatların olacağı tamamilə gözləniləndir”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında