Azərbaycanla Avropa Birliyi arasında viza rejiminin sadələşdirilməsi və readmissiya haqqında saziş layihələri paraflanmışdır

 

 

Saziş layihələrinin noyabrda Vilnüsdə imzalanması nəzərdə tutulur.

Azərbaycan Respublikası və Avropa Birliyi (AB) arasında viza rəsmiləşdirilməsinin sadələşdirilməsi və readmissiya sazişi layihələri ölkəmizin AB yanında Nümayəndəliyinin rəhbəri səfir Fuad İsgəndərov və Avropa Komissiyasının daxili siyasət üzrə baş direktoru Stefano Manservisi  tərəfindən paraflanmışdır.

XİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu paraflanmadan sonra saziş layihələrinin noyabrda Şərq Tərəfdaşlığı ölkələrinin Vilnüs Sammiti çərçivəsində  imzalanması nəzərdə tutulur.

Viza rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında saziş Azərbaycan vətəndaşlarının Avropaya asanlaşdırılmış qaydalarla səfərlərinə geniş imkanlar açır. Xüsusilə, elm adamları, təhsil məqsədilə səfər edən tələbələrimiz, müalicə məqsədilə Avropa ölkələrinə səfər etmək zərurəti duyan vətəndaşlarımız, dövlət və hökumət əhəmiyyətli səfərlər, eyni zamanda, idman, mədəniyyət və humanitar tədbirlərdə iştirak etmək məqsədilə səfər edən şəxslər bu sazişin müddəalarından irəli gələn sadələşdirilmiş üsulla viza almaq imkanı əldə edəcəklər.

Viza rəsmiləşdirilməsinin sadələşdirilməsi sazişinin imzalanmasının digər bir üstünlüyü isə vizanın əldə edilməsi üçün tələb olunan sənədlərin sayının əsaslı şəkildə azaldılması, viza rüsumlarının qarşılıqlı şəkildə iki dəfə azaldılması, uzunmüddətli və çoxdəfəli vizaların əldə edilməsi imkanıdır. Eyni zamanda, xaricdə yaşayan ailə üzvlərini ziyarət etmək məqsədilə Avropaya səfər edən vətəndaşlarımız bu sazişin yaradacağı güzəştlərdən faydalana biləcəklər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında