Avropa azərbaycanlıları bütün Avropanı Ermənistanda Aureliya Qriqoriuya qarşı edilmiş təzyiqlərə obyektiv qiymət verməyə çağırırlar

 

Avropa Azərbaycanlıları Konqresi (AAK) Moldova parlamentinin ombudsmanı Aureliya Qriqoriunun Ermənistan parlamentindəki çıxışından sonra baş verən hadisələrdən narahatdır.

Diasporla İş üzrə Dövlət Komitəsindən AzərTAc-a bildirmişlər ki, bu barədə AAK-ın Avropa Parlamentinə, siyasi və sosial institutlara, bütövlükdə Avropa ictimaiyyətinə ünvanlandığı müraciətdə qeyd olunur.

Xatırladaq ki, 2013-cü il iyulun 4-də xanım Aureliya Qriqoriu Ermənistanın konstitusiya məhkəməsi tərəfindən təşkil edilmiş beynəlxalq konfransdakı çıxışında Ermənistan hakimiyyətini Azərbaycanın ərazilərini işğal etməkdə və Azərbaycan xalqına qarşı soyqırımı törətməkdə ittiham etmişdir. Moldovalı ombudsman Ermənistanı təcavüzkar kimi qiymətləndirərək bu dövlətin beynəlxalq hüquq normalarına riayət etmədiyini bildirmişdir.

Ermənistan parlamentindəki çıxışından sonra Aureliya Qriqoriu təzyiqlərə məruz qalaraq onun ölkəni tərk etməsinə əngəllər törədilmişdir. Moldova parlamentinin səlahiyyətli üzvü təhlükə və təqiblərə məruz qalaraq, hətta şantaj edilərək, ondan Ermənistandan rəsmi şəkildə üzr istəməsi tələb olunmuşdur. Əks halda ondan qisas alınacağı bildirilmişdir.

 Müraciətdə daha sonra deyilir ki, nəhayət, Aureliya Qriqoriu ölkəni tərk etdikdən sonra da Ermənistan KİV-ləri ombudsmana qarşı hücumları davam etdirir.

AAK hesab edir ki, Ermənistan hakimiyyətinin bu cür reaksiyası və baş verənlər dövlət səviyyəsində təşkil olunan terror aktından başqa bir şey deyildir. Ermənistanda baş verən bu hadisə onu təsdiq edir ki, bu ölkədə nəinki hələ də beynəlxalq hüquq qaydalarına, eləcə də inkişaf etmiş mədəni cəmiyyətin elementar etik normalarına riayət və hörmət olunmur.

Avropa Azərbaycanlıları Konqresi bu hadisədə günahkar olan erməni təhrikçilərini pislədiyini bildirir və Avropa Parlamentini Moldova ombudsmanı Aurelia Qriqoriunun obyektiv və ədalətli çıxışını, eləcə də onun söz azadlığı hüququna malik olmasını dəstəkləməyə çağırır.

AAK Avropa Parlamentinə, siyasi və sosial institutlara, bütövlükdə Avropa ictimaiyyətinə müraciət edərək dəvət  olunmuş parlament üzvünün çıxışına qarşı Ermənistanın qəddar, ədəbsiz və yanlış reaksiyasına diqqət yetirməyə və etiraz etməyə çağırır. Avropa Azərbaycanlıları Konqresi bu hərəkətlə demokratik, diplomatik və ümumbəşəri normaların və dəyərlərin kobud şəkildə pozulduğunu bildirir və onu dövlət səviyyəsində törədilmiş terror aktı kimi qiymətləndirməyi tələb edir.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında