Binəqədi gəncləri İlham Əliyevin namizədliyini dəstəklədilər

 

 Dünən  “Gənclər üçün Təhsil Mərkəzi”nin təşkilatçılığı ilə Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasının akt zalında “Binəqədi gənclərinin ictimai fəallığı” mövzusunda konfrans keçirilmişdir. Konfransa Binəqədi rayonundan olan fəal gənclərlə yanaşı, ali məktəblərə qəbul imtahanlarında yüksək nəticələr göstərmiş orta məktəb məzunları, xaricdə təhsil alan tələbələr də qatılmışlar.

 Təşkilatçıların dəvətilə tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Gənclər və idman nazirinin müavini İntiqam Babayev, Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə, Gənclər və İdman Nazirliyi yanında Gənclərlə iş üzrə İctimai Şuranın sədri Nurəddin Mehdiyev və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov iştirak etmişlər.

Tədbir iştirakçıları əvvəlcə YAP Binəqədi rayon təşkilatının inzibati binasının qarşısında ümummilli lider Heydər Əliyevin abidəsinin önünə gül qoyaraq öz ehtiramlarını bildirmişlər. Konfransı “Gənclər üçün Təhsil Mərkəzi”nin icraçı direktoru Fəxrəddin Həsənzadə  giriş sözü ilə açmış,  tədbirin keçirilməsinin əsas məqsədi ilə bağlı ümumi məlumat vermişdir.

Sonra konfrans ictimai fəallığı və təhsildəki nailiyyətləri ilə seçilən rayon gənclərinin çıxışı ilə davam etmişdir. “Təkan tələbə-gənclər” ictimai birliyinin sədri Leyla Kərimova “Azərbaycanda gənclər siyasəti və gənclərin ictimai fəallığı”, dövlət xətti ilə Rumıniyada təhsil alan tələbə Cavid Qarayev “Azərbaycanda insan kapitalının inkişafı və gənclər”, gənc psixoloq Fuad Bayramov “Azərbaycançılıq ideologiyası və gənclər” mövzusunda çıxış etmişlər. Həmçinin qəbul imtahanlarında 1-ci qrup üzrə ən yüksək nəticə göstərərək 695 bal toplamış Sevinc Qafarlı ilk dəfə səs verəcək gənc kimi təhsilə dövlət qayğısından danışmış, bu qayğının gənclərin yeni-yeni uğurlar qazanması üçün stimul yaratdığını vurğulamışdır. Gənc fəal Rəvanə Abdullayeva isə Binəqədi gəncləri adından qarşıdan gələn prezident seçkilərində Azərbaycanda sabitlik və inkişafın qarantı olan, ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı İlham Əliyevin namizədliyini dəstəkləyən bəyanatı səsləndirmişdir.

Konfransda  qonaqlar çıxış edərək gənclərin fəaliyyəti ilə bağlı öz fikirlərini bildirmişlər. Gənclər və idman nazirinin müavini İntiqam Babayev çıxışında Binəqədi gənclərinin fəallığını yüksək qiymətləndirmişdir. Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov gənclərin ictimai fəallığının xüsusi önəm daşıdığını bildirərək tədbirin təşkilatçılarına öz təşəkkürünü bildirmişdir. X.İsgəndərov gənclərə bütün sahələrdə qayğı göstərildiyini, gənclərin aktivliyini möhtərəm Prezidentimiz cənab İlham Əliyevin daim diqqətdə saxladığını önə çəkərək, dövlət başçısının görüşlər zamanı bununla bağlı tapşırıq və tövsiyələr verdiyini xatırlatmışdır.

Tədbirin sonunda çıxış edən  Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov konfransın təşkilini yüksək qiymətləndirərək belə tədbirin rayonlar arasında ilk dəfə Binəqədidə keçirildiyini bildirmiş və gənclər tərəfindən bu cür təşəbbüslərin davam etdiriləcəyinə ümidvar olduğunu vurğulamışdır.

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında