BMT Baş katibi Məhəmməd əl-Baradeyidən sabiq prezident Mursini azadlığa buraxmağı tələb etmişdir

 

BMT Baş katibi Pan Gi Mun ilə Misirin vitse-prezidenti Məhəmməd əl-Baradeyi arasında telefon danışığı olmuşdur. APA-nın BMT-nin saytına istinadən verdiyi məlumata görə, BMT Baş katibi ölkədə yaranan vəziyyətlə bağlı ciddi narahatlığını bildirmiş və çoxlu sayda insanların ölümünə səbəb olan iğtişaşları pisləmişdir. O, Misirin müvəqqəti hakimiyyətini partiya mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşların təhlükəsizliyini təmin etməyə, devrilmiş prezident Məhəmməd Mursini və “Müsəlman Qardaşları” hərəkatının rəhbərliyini azadlığa buraxmağa və ya tez bir zamanda onları şəffaf və ədalətli şəkildə mühakimə etməyə çağırmışdır.

 Baş katib Misirdəki vəziyyəti Türkiyə və Qətərin xarici işlər nazirləri və Ərəb Dövlətləri Liqasının baş katibi ilə də müzakirə etmişdir. Söhbət zamanı BMT baş katibi bu ölkədə yaranan vəziyyətlə bağlı narahatlığını ifadə etmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında