Yeni Azərbaycan Partiyası Şuşa rayon təşkilatının fəalları ilə görüş keçirilmişdir

 

İyulun 27-də Bakı şəhərində yerləşən  Şuşa Rayon İcra Hakimiyyətində Yeni Azərbaycan Partiyası (YAP) rayon təşkilatının fəalları ilə görüş keçirilmişdir.

Bu ilin oktyabrında keçiriləcək prezident seçkilərinə hazırlıqla bağlı qarşıda duran vəzifələrə həsr olunmuş görüşdə çıxış edən YAP Şuşa rayon təşkilatının sədri Təvəkkül Əliyev təmsil etdiyi təşkilatın yarandığı gündən Yeni Azərbaycan Partiyasının tarixi missiyasını layiqincə yerinə yetirdiyini, sıralarının genişləndiyi kimi, mütəşəkkilliyinin də davamlı olaraq artdığını bildirmişdir.

Qeyd olunmuşdur ki, hazırda 36 ərazi ilk təşkilatını əhatə edən  rayon təşkilatında birləşən YAP üzvlərinin sayı 1600 nəfərə çatmışdır. Partiya üzvlərinin 934 nəfəri qadınlar, 564 nəfəri isə gənclərdir.

Rayon təşkilatında 11 nəfərdən ibarət idarə heyəti və 19 nəfərdən ibarət şura fəaliyyət göstərir.

Görüşdə YAP icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov çıxış edərək bildirmişdir ki, daim dövlətçilik mövqeyində dayanan Yeni Azərbaycan Partiyası ictimai-siyasi hadisələrin ən mürəkkəb dövründə belə xalqa düzgün yol göstərmiş, partiyanın yaradıcısı, ulu öndər Heydər Əliyev milyonlara liderlik edərək müstəqilliyimizin əsl xilaskarı olduğunu tarixi xidmətləri ilə təsdiqləmişdir.

Qeyd olunmuşdur ki, ümummilli liderin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan son 10 ildə iqtisadi cəhətdən qüdrətli dövlətə çevrilmiş, ölkəmizin regional və beynəlxalq nüfuzu artmış, əhalinin rifah halı yaxşılaşmışdır.

Tədbirdə Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, YAP Şuşa rayon təşkilatı qadınlar şurasının sədri Vüsalə Fətəliyeva,  “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi idarə heyətinin üzvü, Milli Məclisin deputatı Rövşən Rzayev çıxış edərək bildirmişlər ki, Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının sədri kimi ölkəmizin gələcəyi naminə müəyyənləşdirilən strategiyaya, məqsədə uyğun siyasəti uğurla davam etdirir.

 Diqqətə çatdırılmışdır ki, ulu öndər Heydər Əliyev siyasətinin qarşıdakı 5 ildə də davam etməsi üçün rayon təşkilatında birləşən hər bir partiya üzvü bu ilin oktyabrında keçiriləcək prezident seçkilərində fəallıq göstərməli, dövlətimizin başçısı İlham Əliyevi dəstəkləməlidir.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında