ATƏT sədri təşkilatın Bakıdakı layihələrinin əlaqələndiricisi mandatının qəbulunu alqışlayır

 

 

ATƏT-in fəaliyyətdə olan sədri, Ukraynanın xarici işlər naziri Leonid Kojara cümə günü təşkilatın üzv ölkələrinin ATƏT-in Azərbaycandakı iştirak mandatı haqqında qərarını alqışlayır. Bu barədə “Trend” təşkilatın rəsmi saytına istinadən məlumat verir.

Kojara bildirib: “ATƏT-in Bakıdakı layihələrinin əlaqələndiricisi mandatının qəbul edilməsi təşkilatın prinsip və öhdəliklərinin həyata keçirilməsinə istiqamətlənmiş ATƏT və Azərbaycan arasında qarşılıqlı faydalı əməkdaşlığın davam etdirilməsi üçün vacib addımdır”.

Onun sözlərinə görə, qərar özündə Azərbaycan hökumətinin bu məsələdə tərəqqi əldə etmək istəyinə müsbət cavabı əks etdirir.

Mandat 2014-cü il yanvarın 1-də qüvvəyə minəcək. Layihələrin əlaqələndiricisi ATƏT-in Bakı ofisində görülən vacib işlərə əsaslanacaq.

Daimi Şura, həmçinin ATƏT-in Yerevan ofisinin mandatının dekabrın 31-dək uzadılması barədə qərar qəbul edib.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında