Naxçıvanda iftar süfrələri açılmışdır

 

İyulun 26-da Naxçıvan şəhərindəki “Təbriz” restoranında iftar süfrəsi açılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov iftar mərasiminə gəlmişdir.

İftar mərasimində çıxış edən Ali Məclisin sədri demişdir: İslam dünyasında Ramazan ayının xüsusi yeri vardır. Bu ayda tamamlanan “Qurani-Kərim” Yer üzündə 1 miyarddan çox insanın iman gətirdiyi böyük qüdrət və ilahi qüvvət mənbəyidir. Müsəlmanlar bu ayda həmrəyliyi möhkəmlədir, mənəvi dünyamızı daha da zənginləşdirirlər. Azərbaycan xalqı da bütün dövrlərdə Ramazan ayının mənəvi üstünlüklərini yaşatmış, həmişə yüksək dəyərlərə sədaqət göstərmişdir. İnsanların mənəvi tərbiyəsi sahəsində Ramazan ayının mühüm rol oynadığını yüksək qiymətləndirən ümummilli liderimiz Heydər Əliyev demişdir: “Respublikamızın müsəlmanları Ramazan ayı günlərində Allaha, Vətənə və xalqa sədaqət, sıx həmrəylik və möhkəm iradə nümayiş etdirmiş, imanlarının saflığını təkcə sözdə deyil, həm də əməllə sübut etmişlər”.

“İnsan mənəviyyatının saflaşması, əxlaqi dəyərlərin bərqərar olması işinə yönəldilmiş hər bir fəaliyyət yüksək qiymətə layiqdir. Muxtar respublikamızda da dini və mənəvi dəyərlərin qorunub yaşadılmasına, İslamın müqəddəs ayin və bayramlarının qeyd edilməsinə xüsusi diqqət yetirilir”, – deyən Ali Məclisin sədri dinimizin və mənəvi dəyərlərimizin bir hissəsi olan müqəddəs Ramazan ayında xalqımıza, eləcə də muxtar respublika əhalisinə və mərasim iştirakçılarına ən xoş arzularını çatdırmışdır.

Sonra mərasimdə “Qurani-Kərimdən” ayələr oxunmuş, arzu və niyyətləri ifadə edən dualar səslənmişdir.

Həmin gün Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri dispanserində, Naxçıvan Muxtar Respublikası Onkoloji mərkəzində, Naxçıvan Muxtar Respublikası Psixi Xəstəliklər dispanserində, Naxçıvan qarnizonunun Hərbi hospitalında müalicə alan xəstələrə və gecə növbəsində çalışan işçilərə də iftar süfrələri açılmış, ümumilikdə iftar mərasimlərində min nəfərdən artıq insan iştirak etmişdir.

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında