Bundestaqın deputatı Piter Qauvayler: Ermənistan qoşunları işğal etdikləri Azərbaycan ərazilərindən çıxmalıdır

 

 Almaniya parlamentinin (Bundestaq) deputatı Ermənistan hərbi birləşmələrinin Azərbaycan torpaqlarından çıxmasının vacib olduğunu bəyan etmişdir.

Bu barədə AzərTAc-a Avropa Azərbaycan Cəmiyyətindən (AAC) bildirmişlər. Məlumatda qeyd olunur ki, Bundestaqın xarici əlaqələr komitəsinin və Xristian Demokrat İttifaqı/Xristian Sosialist İttifaqı fraksiyasının üzvü, deputat Piter Qauvayler AAC-ın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair sorğusuna cavab vermişdir.

P.Qauvaylerin cavabında deyilir: “BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair qəbul etdiyi məlum qətnamələr şübhə üçün heç bir əsas doğurmur. Dağlıq Qarabağ Azərbaycan Respublikasının tərkib hissəsidir. Onun işğalı beynəlxalq hüququn pozulmasıdır. Odur ki, Ermənistan qoşunları işğal altındakı Azərbaycan ərazilərindən çıxmalıdır. Münaqişənin həllinə nail olmağın yeganə yolu budur”.

Bu prinsipin Almaniya üçün müzakirə mövzusu olmadığını vurğulayan deputatın cavabında daha sonra deyilir: “Məcburi köçkünlərə öz torpaqlarına təhlükəsiz qayıtmaq hüququ verilməlidir. Odur ki, Ermənistan qoşunları işğal etdikləri ərazilərdən dərhal geri çəkilməlidir.

Almaniya və Azərbaycan yaxın tərəfdaşdırlar. Azərbaycan, eyni zamanda, Almaniyanın enerji təchizatında cəlbedici ticarət tərəfdaşı kimi ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edir”.

Bundestaqın deputatının sorğuya cavabı bu sözlərlə tamamlanır: “Münaqişəyə cəlb olunmuş tərəflərin yenidən danışıqlar masası arxasında oturması ən ümdə məsələdir. Bu baxımdan məsələnin çoxtərəfli müstəvidə müzakirəsi ən vacib məqamlardan biridir. Almaniya var qüvvəsi ilə sülh prosesini dəstəkləyəcəkdir”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında