Azərbaycan milli mətbuatının yaranmasının 138-ci ildönümü günündə jurnalistlərə Prezident İlham Əliyev tərəfindən yeni mənzillərin hədiyyə olunmas Türkiyə mətbuatında geniş işıqlandırılmışdır

 

Azərbaycan milli mətbuatının yaranmasının 138-ci ildönümü günündə 155 jurnalistin Prezident İlham Əliyev tərəfindən yeni mənzillərlə mükafatlandırılması qardaş Türkiyə mətbuatında geniş işıqlandırılmışdır.

Türkiyənin nüfuzlu Anadolu agentliyi bu nadir hadisəni “Dünyada başqa örnəyi yox” yazısı ilə oxucularına çatdırmışdır. Qeyd olunmuşdur ki, Azərbaycanda Milli Mətbuat Günündə kütləvi informasiya vasitələri nümayəndələrinə mənzillər hədiyyə edilməsi ölkədə medianın inkişafına göstərilən böyük diqqətdir. Belə bir faktın dünyada bənzəri yoxdur.

Qardaş ölkənin ən çox tirajlı mətbuat orqanlarından biri olan “Sabah” qəzetində isə “İlham Əliyevdən jurnalistlərə ev hədiyyəsi” yazısı dərc olunmuşdur. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən atılan belə bir addımın dünyada indiyədək mövcud olmadığı qeyd edilən yazıda bildirilir ki, dövlət başçısı ehtiyacı olan jurnalistlərə siyasi baxışlarını nəzərə almadan mənzillər hədiyyə etməklə söz və mətbuat azadlığını daim təmin edilməsinə xüsusi önəm verdiyini göstərir. 

Türkiyənin ən nüfuzlu mətbuat orqanlarından biri olan “Hurriyət” qəzetində isə qeyd edilir ki, Azərbaycan Milli Mətbuatının yaranmasının 138-ci ildönümündə 155 jurnalistə ev hədiyyə olunmuşdur. Yazıda Azərbaycan Prezidenti İlham Əliyevin çıxışına istinadən bildirilir ki, jurnalistlərə evlərin verilməsi bundan sonra da davam edəcəkdir.

“Star” qəzetində isə qeyd olunur ki, dünyanın heç bir dövlətində belə təcrübəyə rast gəlinməmişdir.

Türkiyənin televiziya kanallarında da bu məsələyə geniş yer ayrılmışdır. Qeyd olunmuşdur ki, Milli Mətbuat Günündə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən yeni mənzillərin jurnalistlərə təntənəli şəraitdə təqdim olunması dövlətimizin başçısının ölkədə mətbuatın azad inkişafına diqqət və qayğısının təntənəsinə çevrilən mühüm bir hadisə kimi yaddaşlarda qalacaqdır.

Qardaş ölkənin digər xəbər portallarında da qeyd olunur ki, Azərbaycan Prezidenti İlham Əliyevin bu cür addımların davamlı olacağını bildirməsi ölkədə medianın inkişafına dəstək olacaqdır. 

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında