“Azadlıq prospekti” stansiyasında “Ümummilli lider portretlərdə” adlı aksiya keçirilmişdir

 

İyulun 23-də Binəqədi Rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun təşkilatçılığı ilə  metronun “Azadlıq prospekti” stansiyasında “Ümummilli lider portretlərdə” adlı aksiya keçirilmişdir.

Fondun mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, ulu öndər Heydər Əliyevin 1969-1982-ci illərdə və müstəqillik illərində Azərbaycana rəhbərlik etdiyi dövrdəki fəaliyyətinin öyrənilməsi və siyasi irsinin təbliği gənclərin layiqli vətəndaş kimi yetişmələri üçün böyük əhəmiyyətə malikdir. Bunu nəzərə alaraq ulu öndərin həyatının müxtəlif dövrlərində çəkilmiş fotoşəkillərindən ibarət portretləri “Azadlıq prospekti” stansiyasında divar boyunca yerləşdirilmişdir.

Hər bir portretin altında isə ümummilli liderin müxtəlif dövrlərdə gənclərlə bağlı çıxışlarından nəsihətamiz sitatlar verilmişdir. Ulu öndər Heydər Əliyevin zəngin həyat təcrübəsindən qaynaqlanan nəsihətamiz fikirləri, eləcə də  portretləri vətəndaşlar tərəfindən böyük maraqla qarşılanmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında