Azərbaycan Avropa İttifaqı ilə tərəfdaşlıq dialoqunun bərabərhüquqlu və strateji tərəfdaşlıq əsasında inkişafında maraqlıdır

 

Brüsseldə Avropa İttifaqına (Aİ) üzv və “Şərq Tərəfdaşlığı” ölkələrinin xarici işlər nazirlərinin IV görüşü keçirilmişdir.

Xarici İşlər Nazirliyindən bildirmişlər ki, iclasda Azərbaycanı ölkəmizin xarici siyasət idarəsinin rəhbəri Elmar Məmmədyarov təmsil etmişdir.

 Toplantıya Avropa Komissiyasının vitse-prezidenti və Aİ-nin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi xanım Ketrin Eşton və qurumun Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle sədrlik etmişlər.

Tədbirdə Aİ-yə üzv ölkələrin xarici işlər nazirləri, Avropa Xarici Fəaliyyət Xidməti, Avropa Sərmayə Bankı, eyni zamanda, Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukraynanın xarici işlər nazirləri və “Şərq Tərəfdaşlığı” Vətəndaş Cəmiyyəti Forumunun nümayəndəsi iştirak etmişlər.

Tədbir iştirakçıları “Şərq Tərəfdaşlığı”nın hazırkı vəziyyətini, onun Varşava Sammitindən bu günədək əldə etdiyi nailiyyətləri, Vilnüs Sammitinə hazırlıq və ondan sonrakı tərəfdaşlıq perspektivlərini müzakirə etmişlər.

Elmar Məmmədyarov ölkəmizin “Şərq Tərəfdaşlığı”ndakı fəaliyyəti və ümumiyyətlə, Aİ ilə əməkdaşlıq dialoqundan bəhs etmiş, 2006-cı ildə qəbul edilmiş Avropa Qonşuluq Siyasəti üzrə Fəaliyyət Proqramında əks olunmuş Azərbaycanın suverenliyi və ərazi bütövlüyü prinsiplərinə dəstəyin verilməsi ilə bağlı qurumun üzərinə götürdüyü öhdəliyə əməl etməsinin vacibliyini vurğulamışdır. Qeyd edilmişdir ki, Azərbaycan-Aİ dialoqunun gələcək perspektivləri və Assosiasiya Sazişi üzrə aparılan danışıqlarda tərəqqinin əldə olunması bu növ qarşılıqlı hörmət və tərəfdaşlıq prinsiplərinin öhdəlikləri əsasında reallaşması mümkündür.

Nazir Prezident İlham Əliyevin iyunun 21-də Brüsselə səfəri çərçivəsində Aİ Şurasının prezidenti Herman van Rompey və Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozu ilə keçirdiyi görüşləri xatırlatmışdır. Diqqətə çatdırmışdır ki, görüşlərdə bir sıra vacib nəticələr əldə edilmişdir. Azərbaycan Aİ ilə tərəfdaşlıq dialoqunun bərabərhüquqlu və strateji tərəfdaşlıq əsasında inkişafında maraqlıdır.

Elmar Məmmədyarov bildirmişdir ki, “Cənub qaz dəhlizi” ilə bağlı qəbul edilmiş qərarlar Aİ-nin enerji təhlükəsizliyinin gücləndirilməsində və qurum ilə siyasi-iqtisadi münasibətlərdə bundan sonra daha da geniş imkanların yaradılmasında müstəsna rol oynayacaqdır.

Nazir Aİ ilə viza rejiminin asanlaşdırılması və readmissiya sazişləri ilə bağlı danışıqlarının demək olar ki, tamamlandığını və Vilnüs Sammitinədək həmin sənədlərin imzalanmasının əhəmiyyətini, qurum ilə təhsil sahəsində əməkdaşlığın təkmilləşdirilməsinin vacibliyini vurğulamışdır. E.Məmmədyarov bu sahədə Azərbaycan-Aİ əməkdaşlığı çərçivəsində ciddi addımların atılmasını, “Şərq Tərəfdaşlığı” fəaliyyətində qender bərabərliyi və qadınların cəmiyyətlərdə rolunun artırılmasının fəaliyyət istiqamətinin inkişaf imkanlarının araşdırılmasını təklif etmişdir.

Nazir tədbir çərçivəsində ukraynalı və yunanıstanlı həmkarları ilə təkbətək görüşlər keçirərək, ikitərəfli münasibətlərin genişləndirilməsinin perspektivlərini müzakirə etmişdir.

AzərTAc 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında