Elman ABDULLAYEV: “Ermənistan prezidenti ölkənin iqtisadi durğunluq dövrü yaşadığını etiraf edir”

 

“İrəvan anlamalıdır ki, 21-ci əsrdə sərhədləri güc

yolu ilə dəyişmək olmaz, Azərbaycan buna imkan verməyəcək”

“Ermənistan prezidenti Serj Sərkisyan ölkədə sosial-iqtisadi durumun aşağı səviyyədə olduğunu etiraf edib. Bu fakt isə öz növbəsində Ermənistan vətəndaşlarının başqa ölkələrə miqrasiya etməsinin əsas səbəbidir”.

Bu açıqlamanı APA -ya Azərbaycan XİN mətbuat xidmətinin rəhbəri Elman Abdullayev verib. O qeyd edib ki, qonşu dövlətlərə qarşı təcavüzkar siyasətini, ərazi iddialarını davam etdirən Ermənistan özünü təcrid edir və bu, Ermənistan əhalisinə neqativ təsir göstərir.

“Azərbaycan dəfələrlə Ermənistan rəhbərliyini öz tamahkar məqsəd və ambisiyalarından əl çəkməyə və xalqı üçün şərait yaratmağa çağırıb. Ermənistan qonşu ölkələrin ərazisini işğal etməklə nümayiş etdirir ki, əsas məqsədi iqtisadi çiçəklənmə və regional əməkdaşlıq deyil, militarizmdir. Ermənistan bu cür siyasətlə öz xalqının gələcəyinə zərər yetirir. Bu ölkənin prezidenti illərdir ki, öz xalqına rifahla bağlı vədlər verir. Nəticə göz qabağındadır, Serj Sərkisyanın sözlərinə görə, Ermənistan iqtisadi durğunluq dövrü yaşayır”.

Elman Abdullayev bildirib ki, hər il Ermənistanı yüz minədək şəxs tərk edir və bu demoqrafik böhrana gətirib çıxarır: “Münaqişə həll olunmayıb, Ermənistan özünütəcrid siyasətini davam etdirir və bu demoqrafik böhrana gətirib çıxarır. Bu hal ölkə iqtisadiyyatına təsirini göstərir və sosial kataklizmlərlə müşayiət olunacaq. Buna görə də ölkə rəhbərliyi gələcək barədə yaxşı-yaxşı düşünməli, işğalçı siyasətdən və başqa ölkələrə ərazi iddiasından çəkinməli, qonşularla əməkdaşlığa başlamalıdır. Azərbaycan dəfələrlə militarist siyasətdən çəkinəcəyi, öz qoşunlarını işğal altında saxladığı ərazilərdən çıxaracağı təqdirdə Ermənistana öz iqtisadi potensialından istifadəni təklif edib. Ermənistan rəhbərliyi anlamalıdır ki, 21-ci əsrdə güc yolu ilə sərhədləri dəyişmək olmaz. Azərbaycan buna imkan verməyəcək, çünki beynəlxalq hüquq və beynəlxalq ictimai rəy bizim tərəfimizdədir”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında