Əli HƏSƏNOV: Azərbaycan mediasında xidməti, haqqı və ehtiyacı olan bütün jurnalistlərə dövlət qayğısı bəxş olunacaq

 

Azərbaycan Prezidenti cənab İlham Əliyev, Azərbaycan dövləti jurnalistlərə böyük qiymət, azad sözə, siyasi plüralizmə dəyər verir. Bunun nümunəsi olaraq jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması, sosial problemlərin həlli istiqamətində möhtəşəm addım atıldı. Trend-in məlumatına görə, bunu bazar ertəsi Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov demişdir.

Administrasiya rəsmisi bildirmişdir ki, 22 iyul Milli Mətbuat Günü münasibətilə Prezident İlham Əliyev Azərbaycan jurnalistləri üçün möhtəşəm hədiyyə bəxş etdi, 156 Azərbaycan jurnalistinə mənzil təqdim etdi: “Bu mənzilin sevincini jurnalistlər, onların ailə üzvləri, onların fəaliyyət göstərdikləri kollektivlər uzun müddət yaşayacaqlar”.

Əli Həsənov qeyd etmişdir ki, bu gün - bayram günü jurnalistlər üçün yeni binanın təməli də qoyulmuşdur: “Düşünürük ki, açılışı olan binadan ev ala bilməyən jurnalistlər növbəti binadan ev alacaqlar və Azərbaycan mediasında xidməti, haqqı və ehtiyacı olan bütün jurnalistlərə dövlət qayğısı bəxş olunacaq”.

PA rəsmisinin sözlərinə görə, bu gün təməli qoyulan binanın inşası artıq qərarlaşdırılmışdır. Bu gün-sabah Prezident tərəfindən binanın inşası ilə bağlı rəsmi sərəncam imzalanacaq. Sərəncama müvafiq olaraq binanın inşasına başlanılacaq: “Məkan bəllidir. Tikiləcək bina elə bu binanın yanındadır, şəhərciyin içindədir. Cənab Prezident də çıxışında qeyd etdi ki, bura yaradıcı insanların şəhərciyinə çevrilir. Bura yeni salınan yaşayış şəhərciyidir və Dənizkənarı Bulvarın da bu məkana qədər uzanacağını nəzərə alsaq, Bakının, Azərbaycanın ən gözəl guşələrindən birinə çevriləcək. Düşünürük ki, yaradıcı insanlarımız onlar üçün yaradılan şəraitdən də ruhlanaraq yaradıcılıq imkanlarını daha da genişləndirəcəklər”.

Ə.Həsənov bildirmişdir ki, bu evlərin paylaşdırılması zamanı təkcə yaradıcı insanlara ev verilməyib: “Biz Mətbuat Şurasının İdarə Heyəti ilə birlikdə bunu müzakirə etdik. Redaksiyalardan ehtiyacı, haqqı, xidməti olan insanların müəyyənləşdirilməsi və o siyahıya salınması məsələsini qoyduq. Orada müəyyən olunan meyarlar sırasında yaradıcı və ya texniki işçi məsələsi yox idi. Bəzi qəzetlər, məsələn, qəzetin dizayneri, texniki nümayəndəsi də siyahıya salındı, burada televiziyalardan operatorlar da var. Bu, bilavasitə təkcə jurnalistlər üçün deyil, eləcə də KİV-lərin ayrı-ayrı redaksiyalarında, qurumlarında çalışan yaradıcı insan və onları təmin edən insanlar üçündür. Ona görə də düşünürəm ki, gələcəkdə təqdimatlar hazırlanarkən təkcə jurnalistlər deyil, eyni zamanda, redaksiyalarda jurnalistlərin yazdığı yazını yığan, korrektə edən, dizaynerlər, televiziyalarda operatorlar, montajçılar və digər mütəxəssislər nəzərə alınacaq”.

Ə.Həsənov bildirmişdir ki, iki ildən sonra jurnalistlər yeni binadan mənzil alacaqlar.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında