Rəsmi Bakı Azərbaycanın icazəsi olmadan Dağlıq Qarabağa səfərlərlə bağlı növbəti dəfə xəbərdarlıq etdi

 

Rəsmi Bakının əvvəlcədən Azərbaycan tərəfi ilə razılaşdırmadan xarici vətəndaşların Dağlıq Qarabağa səfərləri üzrə mövqeyi dəyişməzdir. Azərbaycan bundan sonra da həmin səfərləri qanunsuz hesab edəcək. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Elman Abdullayev demişdir.

E.Abdullayev bildirmişdir ki, XİN-in tapşırığına görə, Azərbaycanın xaricdəki bütün diplomatik nümayəndəlikləri öz saytlarında yerləşdirdikləri məlumatda həmin nümayəndəliklərin akkreditə olunduğu ölkənin vətəndaşlarını belə səfərlərdən imtina etməyə çağırır.

Qeyd edək ki, Avstraliyanın Yeni Cənubi Uels ştatının bir qrup deputatı bu həftə Dağlıq Qarabağa səfər etmişdir.

Avstraliya Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini dəfələrlə bəyan edib və belə hərəkətlər bu ölkənin rəsmi mövqeyini əks etdirmir.

Azərbaycanın Avstraliyadakı səfirliyinə bu ölkənin rəhbərliyinə rəsmi Bakının narazılığını çatdırmaq tapşırılmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında